Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ukrayna borcunu qaytarır

5 milyon borc neftə görə yaranıb

Simsar.az-ın xəbərinə görə, bu ilin yanvar ayında Davosda keçirilən iqtisadi forum zamanı Azərbaycan və Ukrayna prezidentləri arasında əldə olunan razılaşma əsasında iki ölkənin sənaye və energetika nazirləri energetika sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb. Memoranduma uyğun olaraq energetika sahəsində əməkdaşlığı koordinasiya etmək üçün işçi qrup yaradılıb.

İşçi qrupunun bugünkü iclasında 3 məsələ müzakirə edilib. Bunlar qaz nəqli sahəsində əməkdaşlıq - ARDNŞ və “Nefteqaz Ukraina” şirkəti arasında neft-qaz nəqli sahəsində birgə müəssisənin yaradılması, Ukraynanın Azərbaycandan aldığı neft və neft məhsullarına görə yaranmış 5 mln. dollardan artıq borcun ödənilməsi, Azərbaycanın neft və neft məhsullarının Ukraynaya ixracıdır.

Hər üç məsələyə dair razılaşma əldə olunub. Ukrayna tərəfi ilə borcun yaxın müddət ərzində ödəniləcəyinə dair razılaşma əldə olunub. Bundan başqa, Ukrayna Azərbaycanın sıxılmış qazını Qara dəniz üzərindən nəql etməklə almaq istədiyini bildirib.

Görüşdə ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov, Ukrayna xarici işlər nazirinin müavini Vilkor Moyko, Dövlət İnvestisiya və Mili Layihələrin İdarə Edilməsi Agentliyinin direktoru Vladislav Koskif, “Nefteqaz Ukraina” şirkətinin baş direktor müavini Vadim Çuprun iştirak edib.






19 Sentyabr, 2011  21:46 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner