Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Korrupsiyaya qarşı qanunvericilik möhkəmlənəcək

Bəxtiyar Əliyev deyir ki, məqsəd budu

Azərbaycanda korrupsiyaya şərait yaradan halların qarşısının alınması üçün qanunvericiliyin möhkəmləndirilməsi qarşıya məqsəd qoyulub. Trend-in məlumatına görə, bunu bazar ertəsi "Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dəstək" tvinninq layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü, millət vəkili Bəxtiyar Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığa üstünlük verilir.

Əliyev deyib ki, hazırda bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq mövcuddur.

O çıxışında Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizədə öz siyasi iradəsini ortaya qoyduğunu vurğulayıb.

"Bu gün Azərbaycanda aparılan islahatlar nəticəsində təkrar olunan qurumlar ləğv olunub, birləşdirilib, idarəçilik təkmilləşdirilib. Korrupsiyanın səviyyəsinin saxlanılması üçün tədbirlər görülür, maarifləndirmə aparılır. İctimaiyyətin fəal iştirakı olmadan bu problemlə mübarizənin əhəmiyyəti yoxdur", - Əliyev deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda bu mübarizə ictimaiyyət nümayəndələri ilə birgə aparılır. "Azərbaycanda korrupsiya ilə mübarizə sivil yolla, qanun çərçivəsində aparılır. Bu işin yekunu ilin sonunda təhlil olunacaq. Düşünürəm ki, bu sahədə yeni dövlət proqramının işlənməsi və qəbulu lazımdır", - Komissiya üzvü bildirib.






19 Sentyabr, 2011  17:34 Baxılıb: 956 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner