Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Üzeyir Hacıbəyli günü

Musiqi Günü keçirilib

Simsar.az-ın məlumatına görə, Üzeyir Musiqi günü Fəxri Xiyabanı ziyarətlə başlayıb. İlk olaraq mərhum prezident Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarları ziyarət olunub. 

Daha sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin qəbirüstü abidəsinə gül dəstələri qoyublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq bir neçə ildir bu günün təntənə ilə qeyd olunduğunu bildirib. Azərbaycan musiqisinin inkişafında Ü. Hacıbəylinin böyük xidmətləri olduğunu deyən nazir bu böyük insanın xatirəsinin heç vaxt unudulmayacağını vurğulayıb.

Bəstəkara ehtiram əlaməti olaraq Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından kompozisiya səslənib.


Tədbir iştirakçıları Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, maestro Niyazi və digər mədəniyyət xadimlərinin də məzarını ziyarət ediblər.

Mərasim Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qarşısında davam etdirilib. Nazir Ə. Qarayev bu günü sadəcə musiqisevərlərin yox, həm də bütün Azərbaycan xalqının bayramı olduğunu deyib: “18 sentyabrın bayram kimi qeyd edilməsi ənənəsi Heydər Əliyevin 1995-ci ildə bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı sərəncamla qoyulub. Odur ki, hər il sentyabrın 18-i ölkəmizdə Üzeyir Musiqi Günü kimi qeyd olunur. Musiqi bayramında 3 ildir ki, Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan beynəlxalq festival keçirilir”.

Nazir qeyd edib ki, bu il də sentyabrın 18-dən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda 3-cü Beynəlxalq Musiqi Festivalı başlayır. 12 gün davam edəcək bu tədbirdə dünyanın bir çox tanınmış musiqiçiləri iştirak edəcək.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə məlumat verib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Üzeyir dünyası” layihəsi çərçivəsində “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası” kitabları, “Bədii və publisistik əsərləri”, “Leyli və Məcnun”, “Koroğlu” operaları, “O olmasın, bu olsun” musiqili komediyasının klavir, libretto və CD-lərinin işıq üzü görüb.


BMA rektoru, xalq artisti Fərhad Bədəlbəyli da bu günün təkcə musiqiçilərin deyil, Azərbaycan xalqının bayramı olduğunu deyib: “Bu gün müqəddəs gündür. Üzeyir bəyin anadan olması xalqımız üçün böyük xoşbəxtlik, o, tanrının bizə bəxşidir. Üzeyir Hacıbəyli olmasaydı, sözsüz ki, Azərbaycan musiqisi belə inkişaf edə bilməzdi”.

Tədbirdə xalq artisti Rauf Abdullayev, dirijor Yalçın Adıgözəlov və digərləri Üzeyir Hacıbəylinin çox şaxəli yaradıcılığından danışıb, onun musiqimizin inkişafındakı xidmətlərinin əvəzsiz olduğunu deyiblər.

Mərasimdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən parçalar səslənib.

Üzeyir Musiqi Günü bəstəkarın ev-muzeyindəki tədbirlə davam edib.

Muzeyin direktoru Sərdar Fərəcov çıxış edərək dahi bəstəkarın bütün zamanlarda öz təravətini qoruyub saxlayacaq ölməz əsərlərindən söhbət açıb.


Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Üzeyir bəyin yaradıcılığına nəzər salıb. Onun sözlərinə görə, Şərqin ilk operasının - “Leyli və Məcnun” əsərinin 100 illik yubileyi münasibətilə YUNESKO-nun baş qərargahında təşkil edilmiş tamaşa Azərbaycan musiqisinin böyüklüyünü bütün dünyaya nümayiş etdirib.

Muzeydə “Üzeyir ömrü kitablarda” sərgisi də açılıb.

Filarmoniyada isə III Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub. Festival sentyabrın 30-a qədər davam edəcək.






19 Sentyabr, 2011  15:41 Baxılıb: 1343 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner