Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCANDAN XARİCƏ GEDƏNLƏRİN SAYI ARTIB

Müqayisələr bunu deməyə əsas verir

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu müddətdə Azərbaycandan xarici ölkələrə 1685,6 min nəfər gedib.

Bu dövrdə ölkəmizə hər gün orta hesabla 5647 əcnəbi gəlib və 9364 Azərbaycan vətəndaşı xarici ölkələrə gedib.

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 1016,6 min nəfər xarici ölkə vətəndaşı gəlib.

Bu ilin ilk 6 ayı ərzində ölkəyə gələn əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,1 min nəfər (14,8 faiz) artıb.

Azərbaycana gələnlərin 345,1 min nəfəri Rusiya, 253 mini Gürcüstan, 197,8 mini İran, 114,4 mini Türkiyə, 17,2 mini Ukrayna, 16,5 mini Qazaxıstan, 11,6 mini Böyük Britaniya, 6,5 mini Özbəkistan, 5,4 mini ABŞ, 5,3 mini Almaniya, 43,8 min nəfəri digər ölkələrin vətəndaşları olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin I yarısında Azərbaycana gələn Qazaxıstan vətəndaşlarının sayı 2,3 dəfə, Özbəkistan vətəndaşlarının sayı 51,4 faiz, Ukrayna vətəndaşlarının sayı 29,8 faiz, Rusiya vətəndaşlarının sayı 19,5 faiz, Gürcüstan vətəndaşlarının sayı 14,1 faiz artıb, ABŞ vətəndaşlarının sayı 11,2 faiz, Böyük Britaniya vətəndaşlarının sayı 8,5 faiz azalıb.

Bu dövrdə Azərbaycana MDB ölkələrindən gələn vətəndaşların sayı 22,4 faiz artıb, Avropa İttifaqı ölkələrindən gələn vətəndaşların sayı 4,5 faiz azalıb.






17 Sentyabr, 2011  16:39 Baxılıb: 894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner