Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azadlıq" qəzeti də haker hücumuna məruz qaldı

"Sayta olan hücüm sistemli işə oxşayır"

“Azadlıq” qəzetinin saytı bu gün təxminən 13:00 radələrində yenidən haker hücumuna məruz qalıb.

Bu barədə Simsar.az saytına qəzetin veb-redaktoru Alı Rza məlumat verib. Onun sözlərinə görə, gündüz saatlarından sayta daxil olmaq çətinləşib: “Bu ilin əvvəlində yenilədiyimiz sayt təxminən 10 gün əvvəl tamam ifliç olmuşdu. Bir neçə günlük çalışmalardan sonra saytın fəaliyyətini bərpa etdik. Bu gün isə səhər saatlarından sayda daxil olmaq, işləmək çətinləşmişdi. Təxminlərimiz günorta saatlarında özünü doğruldu. Sayt yenə dağıdıldı”.

A.Rza saytda yaranan problemin ən qısa müdəttdə həllinə çalışdıqlarını bildirib: “Problemin həlli bizdən asılı deyil, hazırda serverə daxil olmaq mümkün olmadığı üçün problemi həll edə bilmirik. Amma çalışırıq ki, ən qısa müddətdə yaranan problem həll olunsun”.

A.Rzanın sözlərinə görə, sayta bu gün olan hücüm sistemli işə oxşayır: “Bilirsiniz ki, musavat.com-a da hücüm olub. Bu gün bizim sayta olan hücüm da düşünməyə vadar edir ki, bu nəsə eyni mərkəzdən idarə olunan, sistemli bir işdir”.






17 Sentyabr, 2011  14:27 Baxılıb: 1019 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner