Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Xural” reket qəzeti elan olunur

Əvəz Zeynallı isə “Xural” Mətbuat Şurasının üzvü olmadığından şura bu kütləvi informasiya vasitəsi ilə əlaqədar şikayətlərə baxa bilməz” deyir

Sentyabrın 16-da Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib.

Şuradan Simsar.az-a verilən məlumata görə, iclasda “Xural” qəzetində gedən materiallarla bağlı şikayətlər də araşdırılıb. Qəzetin baş redaktoru Əvəz Zeynallının Mətbuat Şurasına ünvanladığı cavab məktubu oxunub. Ə.Zeynallı məktubunda bildirib ki, “Xural” Mətbuat Şurasının üzvü olmadığından şura bu kütləvi informasiya vasitəsi ilə əlaqədar şikayətlərə baxa bilməz.

Ə.Zeynallının qatılmadığı müzakirədə şikayətçilər - Lənkəran Dövlət Universitetinin, “Azərbaycan” nəşriyyatının, Bilgəh Kardioloji Sanatoriyasının, Ağdam Rayon Prokurorluğunun və Sabirabad Rayon İcra Hakimiyyətinin təmsilçiləri dinlənib. Bərdə Rayon İcra Hakimiyyətinin “Xural” qəzetində gedən yazı ilə bağlı şikayəti də araşdırılıb.

Komissiya belə bir rəyə gəlib ki, şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər bəndinə sayğısız yanaşılıb.

Komissiya “Xural”ın adının Mətbuat Şurasının “qara siyahı”sına salınması məsələsinə baxılmasını zəruri sayıb və nəşrlə əlaqədar toplanmış sənədləri şuranın “reket jurnalistika”ya qarşı mübarizə komissiyasına təqdim edib.

Elə həmin gün “reket jurnalistika”ya qarşı mübarizə komissiyası iclas keçirib. İclasda “Xural” qəzeti ilə bağlı məsələyə də baxılıb.

“Reket jurnalistika”ya qarşı mübarizə komissiyası “Xural”ın adının Mətbuat Şurasının “qara siyahı”sına salınması üçün şuranın İdarə Heyətinə rəy verilməsi razılığına gəlib.

Sözügedən məsələdə yekun qərarı Mətbuat Şurası İdarə Heyəti çıxaracaq.

RAMİL






17 Sentyabr, 2011  14:21 Baxılıb: 983 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner