Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YENİ TİKİLİLƏR İSTİFADƏYƏ VERİLSƏ, KİRAYƏLƏR UCUZLAŞAR

Son illər Bakıda kirayə qiymətləri xeyli bahalaşıb.

Məsələn, əgər 2000-ci ildə Bakıda indiki pulla 60-70, 2004-cü ildə 100 manata 1 otaqlı mənzil kirayələmək mümkün idisə, indi bu məbləğ 200 manatdan aşağı deyil.



Həyət evlərində kirayə qiymətləri daha ucuz idi. Bu durum isə həyat şəraiti onsuz da qənaətbəxş olmayan imkansız təbəqənin vəziyyətini daha da ağırlaşdırır. Ekspertlər qiymətlərin ilbəil bahalaşmasını müxtəlif səbəblərlə əlaqələndirirlər. Məsələn, kimisi bunu ölkəmizdə digər sektorlarda qiymətlərin bahalaşması, kimisi rayonlardan Bakıya üz tutanların sayının artması, kimisi də paytaxtda evlərin sökülməsi ilə əlaqələndirir. O da bildirilir ki, evləri sökülən insanlar, həmçinin orada kirayə yaşayanlar başqa yerdə məskunlaşmaq üçün ev axtarırlar ki, bu da kirayə bazarında müvəqqəti tələbatın yaranmasına səbəb olur və nəticədə qiymətlər artır. Maklerlər kirayə bazarında qiymətlərin yalnız yeni tikililər istifadəyə veriləndən sonra ucuzlaşacağını söyləyirlər. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin eksperti Ramil Osmanlı da bu fikri bölüşür. Onun sözlərinə görə, hazırda paytaxda tikilməkdə olan 437 çoxmərtəbəli bina var: “Həmin binalardakı mənzillərin bir hissəsinin kirayə bazarına daxil olması vətəndaşların seçim imkanını artıracaq ki, bu da bir müddətdən sonra kirayə bazarında qiymətlərə təsir edəcək”

Mütəmadi paytaxtda yaşayanlar buradakı qiymət bahalığına bir növ öyrəşsələr də, rayonlardan gələnlər bununla asanlıqla barışa bilmirlər. Bunun bir səbəbi də həmin insanların əksəriyyətinin kasıb təbəqədən olmasıdır. Soydaşlarımızın narazı qaldıqları digər məqam paytaxtda kirayə qiymətlərinin xeyli baha olmasıdır.

Bəs paytaxtda kirayə qiymətləri nə vaxtadək insanların maddi vəziyyəti ilə tərs mütənasib olacaq? Kirayə qiymətlərinin ucuzlaşacağını gözləmək olarmı?

Hazırda Bakıda ən ucuz birotaqlı evlərin kirayə qiyməti 200-250, ikiotaqlıların 250-350, üçotaqlıların 300-500, dördotaqlılarınkı isə 400-600 manatdır. Yeni tikililərdə isə qiymət daha bahadır. Belə ki, yeni tikililərdə birotaqlı mənzili 300, ikiotaqlı mənzili 350-400, üçotaqlıları isə 500-700 manatdan ucuz kirayə götürmək mümkün deyil.






17 Sentyabr, 2011  13:11 Baxılıb: 1094 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner