Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Polislər püşkatma ilə vəzifələrə təyin olundu

Onlar Polis Akademiyasının məzunlarıdır

Bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların Bakı şəhər Baş Polis İdarəsinin, həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin paytaxtda yerləşmiş orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbiri giriş sözü ilə açaraq təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladib, son illər həyata keçirilən bu yeniliyin artıq praktikada özünü doğrultduğunu, gənc əməkdaşlara lazımi diqqət və qayğının göstərilməsinin DİN rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdən olduğunu vurğulayıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev növbəti belə tədbirdə iştirak etmək məqsədilə nazirliyə 57 nəfərin dəvət edildiyini bildirib.

O, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, bu məqsədlə polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

General-polkovnik Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri - orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri münasibətilə məzunları təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb.

Nazir xidməti fəaliyyətin beynəlxalq standartlara uyğun qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün dövlət başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü, hər bir əməkdaşın bu ali diqqəti öz üzərində hiss etdiyini, həmçinin, son dövrlər daxili işlər orqanları əməkdaşları üçün müxtəlif təyinatlı onlarca obyektin tikilərək istifadəyə verilməsini yüksək qayğının bariz nümunəsi kimi vurğulayıb.

Usubov tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, vətəndaşlarla rəftarda son dərəcə nəzakətli olmalarını, Vətənə, xalqa və xidməti borca daim sadiq qalmalarını tövsiyə edib.

Nazir gənc zabitlərin qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə, ölkəmizdə sabitliyin dönməzliyinə, cinayətkarlıqla qətiyyətli mübarizəyə öz töhfələrini verəcəklərinə, dövlətçiliyə, anda sədaqətlə xidmət edəcək, onlara göstərilmiş etimadı doğruldacaqlarına əmin olduğunu bildirib.

Püşkatmada iştirak etmiş bütün şəxslər həmin gün daxili işlər nazirinin əmri ilə orta rəis heyətində müvafiq vəzifələrə təyin olunublar.






16 Sentyabr, 2011  21:37 Baxılıb: 925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner