Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Azadlıq"-ın əməkdaşı Qənimət Zahidi istefaya çağırdı

Elnur Astanbəyli: "Qəzet doğru idarə olunmur, çünki daxili senzura gücləndirilir"

“Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəyli qəzetin baş redaktoru Qənimət Zahidə açıq məktub yazıb.

“Media forum” saytının məlumatına görə, məktubda deyilir: “Hörmətli Qənimət bəy! Əvvəlcədən sizin və hər kəsin bilməsini istəyirəm: bu məktubdan öz şəxsi maraqları naminə yararlanmağa çalışanların olacağını bilirəm. Amma havayı zəhmətdir, boşuna əziyyətdir, onlara buradan bir fayda çıxmaz, bir xeyir gəlməz. Çünki əslində yazacaqlarım “Azadlıq” qəzetinin daha güclü, prinsipial, ən xırda məsələlərdə güzəştə getməyən, tərtəmiz, kristal bir tribuna olması üçündür. “Azadlıq” qəzetinin yararı üçündür”.

Məktubunda Elnur Astanbəyli iddia edir ki, “Azadlıq” qəzeti doğru idarə olunmur, çünki qəzetdə daxili senzura gücləndirilir və bu da “Azadlıq”ın reportyorlarının, müxbirlərinin və köşə yazarlarının əməyini itirir.

Qəzetin rəhbər heyətinin bir nizamsızlıq içərisində olduğunu, son aylarda bir neçə dəfə senzura cəhdləri ilə baş-başa qaldığını yazan Elnur Astanbəyli “kimlərinsə maraqlarını təmin etməyə hesablanan redaksiyadaxili senzura mühiti”nin həmin nizamsızlıqdan qaynaqlandığını qeyd edir: “Qəzetin bir parçası olaraq mən özüm hansı yazıda hansı cümlənin hansı redaktorun xətrini xoş etməyəcəyinə qərar verə bilmirəm”.

Belə bir vəziyyətdə qəzetdə dəyişikliyi, qəzetə yeni, güclü nəfəsin gəlişini qaçılmaz sayan Elnur Astanbəyli Qənimət Zahidə açıq məktubunda baş redaktorun və “Azadlıq”ın redaktor heyətindəki digər şəxslərin bu dəyişikliyə yol açmalı olduğunu bildirir.

Daha sonra köşə yazarı konkret olaraq baş redaktoru istefaya getməyə çağırır: “Mən sizi istefaya dəvət edirəm. Ki, beləcə, “Azadlıq” qəzetinin də dinamik, işgüzar, prinsipial fəaliyyətinin önü açılsın”.

Köşə yazarı qəzetin redaktor korpusunda olan digər şəxsləri də istefaya dəvət edir. Onun fikrincə, “Azadlıq” qəzeti güclü, güzəştsiz olmalıdır. Elnur Astanbəyli iddia edir ki, qəzetin hazırkı rəhbərliyi indi buna qadir deyil.

Sonda Elnur Astanbəyli bir daha vurğulayır ki, o, Qənimət Zahidi və “Azadlıq”ın rəhbərliyindəki başqa şəxsləri “daha güclü, güzəştsiz, çevik, dinamik, işgüzar, bütün ruhu ilə demokratiya və özgürlüyə bağlı, prinsiplərinə zərrəcə xəyanət etməyən, kristal bir “Azadlıq” qəzeti naminə” istefa verməyə çağırır.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hazırda Fransadadır. Baş redaktorun birinci müavini Rahim Hacıyev, redaktorlar Rövşən Hacıbəyli, Alı Rza, Sücəddin Şərifov və Aytən Məmmədovadır.

Qəzetin rəhbərliyindən “Media forum” saytına bildiriblər ki, açıq məktub Qənimət Zahidə yazıldığından ona münasibəti də, istəyərsə, baş redaktor özü bildirər.






16 Sentyabr, 2011  19:05 Baxılıb: 1004 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner