Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda ilk dəfə “Batika həftəsi” adlı sərgi keçiriləcək

Sərgi bugün olacaq

Bakıda “Batika həftəsi” adlı sərgi təşkil olunub. Sərginin açılışı bu gün saat 18:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında gerçəkləşəcək. Bu barədə Simsar.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Batika sənəti dekorativ-tətbiqi sənət növlərindən biridir. Azərbaycanda qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib. Orta əsrlərdən başlayaraq Şirvan, Baskal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, əsasən də qadınların məşğuliyyəti olub.

Nazirliyin məlumatında bildirilir ki, Azərbaycanda qədim ipəkçilik və kəlağayı sənətinin inkişafı Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev, Ənvər Qarayev, Tatyana, Ağababayeva və digər müasir dövr batika ustalarının yaradıcılığı sayəsində inkişaf etdib. Lakin bütün bunlara baxmayaraq, indiyədək Azərbaycan batika ustalarının iştirakı ilə sərgi keçirilməyib.

İlk dəfə gerçəkləşəcək bu sərgini Azərbaycan rəssamlarının və xalq sənətkarlarının batika əsərlərini üzə çıxarmaq, bu sənətin gələcək inkişafı üçün stimul yaratmaq məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi təşkil edir. Sərgidə Azərbaycan rəssamlarının müxtəlif nəsillərini təmsil edən batika ustalarının əsərləri nümayiş olunacaq.

Arifə Mikayılova






16 Sentyabr, 2011  17:33 Baxılıb: 1577 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner