Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Müslüm Maqomayevin Moskvadakı abidəsi

Tədbirdə Əbülfəz Qarayev iştirak edib

Dünən gün Moskvanın mərkəzində məşhur sovet, Azərbaycan və Rusiya müğənnisi və bəstəkarı Müslim Maqomayevin abidəsinin açılışı olub. Abidə dahi müsiqiçinin yaşadığı evin yaxınlığında, Voznesenskiy və Yeliseyevskiy küçələrinin kəsişməsində qoyulub.

Simsar.az-ın verdiyi xəbərə görə, abidənin açılışı Araz Ağalarovun yaratdığı Müslim Maqomayev musiqi-mədəni irsi Fonudunun dəstəyi ilə baş tutub. Mərasimdə mərhumun həyat yoldaşı SSRİ xalq artisti, Böyük Teatrın solisti Tamara Sinyavskaya, Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Heydər Əliyev fondunun Moskva filialının sədri Leyla Əliyeva, Müslim Maqomayevin yaxın dostları Araz və Emin Ağalarovlar və bir çox digər qonaqlar iştirak ediblər.

Müslim Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya dahi musiqiçiyə göstərilən hörmətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

"Mən abidənin ucaldılmasında əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Tanrı bizə Müslimi və onun gözəl səsini bəxş etdi. Onun ruhu həm burda, həm də Bakıdadır. Mən çox şadam ki, o insanların qəlbində yaşayır. Onun gözəl səsi hər zaman bizimlədir",- Tamara Sinyavskaya deyib.

Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin adından abidənin yaradılmasında zəhmət çəkmiş hər kəsə minnətdarlıq bildirib.

Araz Ağalarov isə abidəni ucaldıldığı yerin təsadüfi seçilmədiyini deyib: "Bu, həm onun yaşadığı ünvana, həm də Azərbaycanın Rusiyadakı səfirliyinə yaxın bir yerdir".






16 Sentyabr, 2011  16:06 Baxılıb: 1175 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner