Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MƏLEYKƏ ABBASZADƏ VƏZİFƏDƏN NƏ VAXT GEDƏCƏYİNİ DEDİ

65 yaş TQDK sədrini də danışdırdı

“Yaşı 65-i ötmüş təhsil işçilərinin işdən çıxarılması müsbət haldır. Ölənə qədər hamı işləyir deyə, heç yerdə cavanlara iş yoxdur. İnsanlar var ki, illərlə xəstə yatır, amma kafedrada adı gedir”.
Bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə yaşı 65-i ötmüş təhsil işçilərinin işdən çıxarılması ilə bağlı qərara münasibət bildirərkən deyib.


TQDK sədri qeyd edib ki, yaş həddinin olması çox vacibdir: “Hər bir insan bilməlidir ki, neçə yaşdan sonra işləyə bilməz. Məsələn, cərrahlar 55 yaşdan sonra cərrahiyyə əməliyyatına gedə bilmirlər. Amma fərdi hallar da var ki, belə insanların töhfələri yaşdan asılı deyil. Elə insanlar var ki, hətta 70 yaşı olsa belə, təhsilə töhfələr verə bilirlər. O insanları təhsil sistemində saxlamaq lazımdır. Belə insanların sayı da çox az, cəmi 1-2 faizdir. Amma ümumilikdə götürdükdə 65 yaşa çatan insanların intellektual imkanlarının, auditoriyanı ələ almaq bacarıqlarının aşağı düşməsi müşahidə olunur”.


M. Abbaszadə deyib ki, ali məktəblər yaş senzi ilə bağlı yarana biləcək problemləri qabaqcadan proqnozlaşdırmalıdırlar: “Beş il əvvəldən ali məktəblər fikirləşməlidir ki, onlara bu müddət bitdikdən sonra nə qədər plan yeri lazımdır. Yaş senzi ilə bağlı məsələlər plan yerləri hazırlananda nəzərdə tutulmalıdır. Əslində, bu, dövlət üçün çox yaxşı addımdır. Hər bir insan davamçılarını özü hazırlamalı və buna çox normal hal kimi baxmalıdır. 65 yaşıma çatanda, mən də gedəcəyəm. O biliklər ki, toplanılıb, onu bir addım da qabağa apara bilən insanlara həvalə etmək lazımdır”.






15 Sentyabr, 2011  21:22 Baxılıb: 1392 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner