Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qobustan həbsxanasında çatışmazlıqlar aşkar edilib

Həbsxanada darısqallıqdı

Ə.Nuriyevin Simsar.az-a verdiyi məlumata görə, başçəkmə çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən yaşayış korpuslarındakı məhkumların yaşadığı kameralara, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Eyni zamanda 24 nəfər məhkumla onların istəklərinə uyğun olaraq konfedisial söhbət aparılıb və hüquqi yardım göstərilib. Məhkumlarla söhbət zamanı bir sıra çatışmazlıqlar və əvvəllər baş vermiş pis rəftar halları barədə məlumat verilib.


Komitə üzvləri ilə söhbət zamanı bəzi məhkumlar pis rəftarla və bir sıra neqativ hallarla bağlı şikayətlərini çatdırıblar. Monitorinq zamanı sovet hakimiyyəti illərində tikilmiş digər CM-lərdə olduğu kimi Qobustan həbsxanasında da sıxlıq problemi müşahidə edilib. Cəzaçəkmə müəssisəsində zabit heyəti sırasında çoxsaylı vakansiyaların mövcud olması da problemlərdən biri kimi qeyd edilə bilər. Ötən başçəkmədən sonrakı müddətdə müəssisədə təmir abadlıq işləri görülüb. Eyni zamanda yeni mətbəx və səhiyyə hissəsində yeni avadanlıqları quraşdırılıb.


Məhkumların həbsxana rəhbərliyindən şikayətləri azalıb, məhkumlar və personal arasında münasibətlərdə yaxşılaşma hiss olunur.

Komitə üzvləri tərəfindən müəssisənin kitabxana fonduna pis rəftar və korrupsiyaya qarşı mübarizəyə dair kitablar verilib. Başçəkmə-monitorinqin nəticələri barədə rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.






15 Sentyabr, 2011  19:29 Baxılıb: 877 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner