Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

NAZİR SƏMƏD SƏMƏDOV QALMAQALINA AYDINLIQ GƏTİRDİ

Əbülfəz Qarayev "ona xalq artisti düşmür" deyənlərə cavab verdi 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev estrada müğənnisi Səməd Səmədovun xalq artisti adına layiq görülməsi ilə bağlı bəzi sənətçilər arasında yaranan narazılığa münasibət bildirib.

“Mən bu çıxışlara şərh vermək niyyətində deyiləm. Birincisi, cənab prezidentin sərəncamı var, heç kim bunu şübhə altına almamalıdır. Qərar verilib və bu, düzgün qərardır. Mən Səməd Səmədovu təbrik edirəm və ona yeni yaradıcılıq uğurları arzu edirəm”. Bunu Əbülfəs Qarayev Lent.az-ın müvafiq məsələ ilə bağlı sualını cavablandırarkən deyib.

Nazirin fikrincə, hər bir yaradıcı insan həmkarının yaradıcılığı barədə müxtəlif fikirdə ola bilər: “Kimsə kiminsə oxumağını, oynamağını, piano ifa etməsini bəyənmir. Kimsə deyə bilər ki, mən ondan yaxşıyam. Bu, yaradıcılıqdır. Hər yaradıcı şəxsin öz yolu, öz üslubu və düşüncəsi mövcuddur. Onların hamısının yaşamağa və dəyərləndirilməyə haqqı var. Azərbaycanın hər bir yaradıcı şəxsiyyəti bizim üçün əzizdir. Cənab prezidentin qəbul etdiyi qərarlar hər kəsin yaradıcılığına verilən bir qiymətidir. Kiməsə əməkdar artist, kiməsə xalq artisti, kiməsə təqaüd verilir. Bütün bu qərarlara hörmətlə yanaşmaq lazımdır. Çünki hər bir insan öz yaradıcılığının bəhrəsini görür”.






14 Sentyabr, 2011  18:04 Baxılıb: 1144 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner