Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ARIF QAZIYEV: “...KİŞİLƏRİN MƏNDƏN XOŞU GƏLMİR “

“Bəlkə də heç məhəbbətimi tapmamışam” 

Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, “Muğam” teatrının rəhbəri Arif Qazıyev “Simsar” jurnalının qonağı olub. Simsar.az saytı A.Qazıyevin jurnala verdiyi müsahibəni təqdim edir.

-Arif müəllim yayla aranız necədir?
-Bütün fəsilləri sevirəm. Allah hər fəslə öz gözəlliyini verib. Yayda gündən alınan enerji nəyə desən dəyər.
-Yay ayları istirahət, dincəlmək aylarıdır. Arif müəllim harda dincəlməyə üstünlük verir?
-Mən adətən heç yerə getmirəm. Bura, “Muğam teatrı”-nın həyəti elə istirahət məkanıdır mənim üçün. Bakı bağlarında da dincəlməyi sevmirəm. Aktiv dincəlməyin tərəfdarıyam. Hay-küyə öyrəşmişəm. Pulu olanlar isə xaricə gedirlər. Mənim pulum yoxdu gedim İsveçrəyə. Bura, bu divarların daşlarını İsveçrəyə dəyişmərəm.
-Milli Mətbuatın 136 illiyini qeyd edirik, nələr qazanmışıq?
-Müəyyən mənada qazandıqlarımız var. Gündəlik mətbuatı izləyirəm. Son illərdə jurnalistika inkişaf edib. Jurnalist hərtərəfli savadlı olmalıdır. Bazası çox olmalıdır.
-Çəkməyə nəsə var?
-Həmişə çəkməyə nəsə var. “Vağzalı” mahnısı haqqında film çəkirəm. Təəssüflər olsun ki, indi toylarda bəylə gəlin Mendelsonla zala daxil olur. Gül kimi “Vağzalı”-mız var. Onu yaddan çıxartmaq olar?
-Musiqiyə qulaq asırsız?
-Bəli, xalq mahnılarına, muğamlara, caz musiqisinə qulaq asmağı sevirəm. Musiqi birbaşa işimlə əlaqədar olduğundan, bağlı olmuşam bu sahəyə.
-Səmimi, söhbətcil insansız. Eyni zamanda həmişə qadınların diqqət mərkəzində olmusuz...
-Bəh-bəh, nə gözəl (gülür). Qadınlar da təmizliyi, gözəlliyi sevirlər. Həmişə qadınların tərəfini saxlayıram deyə, kişilərin məndən xoşu gəlmir.
-Siz də qadınlardan zövq alırsız?
-Qadınlar çox gözəl məxluqlardılar. Onlarsız biz heç kimik. Ilk olaraq anamızı götürək. Məsələn, mən atasız böyümüşəm, ancaq hiss eləməmişəm ki, yetiməm. Anam dünyasını dəyişəndən sonra sonra bunu hiss etdim...
-Söhbət qadınlardan düşdüsə, sevgidən danışmamaq günah olar.
-Düzdür(gülür). Sevgisiz yaşamaq mümkün deyil. 73 yaşım olmasına baxmayaraq, gözəl qadınları sevirəm. Qadınlardan ruh alıram, ruhsuz da yaşamaq olmaz. Ümumiyyətlə qadınlar kişilərdən zəhmətkeş olurlar. Uşaqlığım kasıb keçib. Anam həmişə çörəyini yeməyib saxlayırdı, bilirdi ki, mən gecə durub çörək istəyəcəm.
-Müsahibələrinin birində Paşa Qəlbinur öz sevgisini etiraf etmişdi. Sizdə də belə hal olub?
-Niyə olmayıb ki. Bilirsiz, indi 19-20 yaşında gənclər bir-birindən xoşu gələn kimi deyirlər sevirik. Bu sevgi deyil ehtirasdır. Sonra da görürsən 2 aydan sonra boşanırlar. Sevgi 50 yaşdan sonra yaranır. Sevgi müvəqqəti hissdir, əsas məhəbbətdir. Çünki, məhəbbət əbədidir.
-Bəs siz o məhəbbəti neçə yaşınızda tapdız?
-Vallah yadımda deyil (gülür). Bəlkə hələ heç tapmamışam. Yaşın fərqi yoxdur. Təki sağlıq olsun. İnsanlar var ki, pulu çoxdur ancaq yediyi “qreçkadır”, xəstədir çünki. Yenə də pulu xərcləmək istəmir.

“Sən paltara yaraşa bilməzsən, gərək paltar sənə yaraşsın”

-Arif müəllim sizin necə, pulunuz şoxdur?
-Yox. Mən ümumiyyətlə pul saxlamağı bacarmıram. Olan kimi xərcliyirəm. Bir iki dəfə cəhd eləmişəm ki, yığım, alınmayıb. Pulu xərclədikcə arxası gəlir. O pulu saxladığıma hansısa imkansıza əl tutaram.
-Uşaq nağıllarından hansı yadınızdadır?
-Məlikməmməd, Cırtdan. Nağıl dediz yadıma düşdü. Məktəblilər üçün “Cırtdan” jurnalı çıxartmaq istəyirdim, Misir Mərdanov icazə vermədi.
-Niyə?
-Bilmirəm. Hər şeyə icazə var, amma “Cırtdan”a yox...
-Sizdən söz düşəndə həmişə geyiminizdən danışırlar. Xüsusi geyim zövqünüz var...
-Əsas odur ki, geyim insana yaraşsın. Düzünü deyim, mən geyinməyə çox bahalı paltarlar almıram. Elə ayaqqabılarım var ki, tikdirirəm. Bir dəfə mötəbər toyda idim. Tanınmış imkanlı, mötəbər adamlar var idi həmin toyda. Qonaqların arasında imkanlı insanlardan biri dedi ki, inciməyin məndən bəlkə də mənim kostyumum Arif müəllimin kostyumundan 4-5 dəfə bahadır, amma yenə də onun kostyumu gözəl görünür. Sən paltara yaraşa bilməzsən, gərək paltar sənə yaraşsın.
-Televizora baxmağa həvəsiniz var?
-Siyasi verlişlərə, xəbərlərə baxıram. Avara verlişlərə, seriallara baxmıram. Türk serialları Azərbaycan tamaşaçısını ələ alıb. Orda yaxşı aktyorlar olmaqla yanaşı işləməyə də imkan verirlər. Bizim əlimizdə neşə ssenari yatıb qalıb. “Şollar suyu” adlı 15 seriyalı film ssenarisi yazmışıq. Ancaq pul tapa bilmirik ki, çəkək.
-Milyonçudan bəhs edən filmi çəkməyə pul tapılmır. Bu bədbəxtlikdir?
-Alçaqlıqdır. Axmaq qızlara nə qədər desən pul xərclənər, amma “Şollar suyu”nu çəkməyə pul yoxdu. Hər iş belədir. Biri dənizi hasarlayıb, camaat keçə bilmir, elə bil dəniz atasınındır. Onu hasarlamağa pul var. Digəri 20 mərtəbə qaldırır, tikir, heç alan da yoxdu. Ucuz ver camaat, ehtiyacı olan cavanlar alsın da.

“Cücələrim” mahnısının ilk ifaçısı mən olmuşam”

-Ucuz olsa alarsız Arif müəllim?
-Yox. Mən hündür mərtəbəni sevmirəm. Sağ olsun, prezidentimiz mənə ev verdi.
-Rejissor olmasaydız hansı peşəni seçərdiz?
-O vaxt Gəncədə Kənd Təsərrüfatı İnstitutu var idi, əgər incəsənətə gəlməsəydim, o instituta girəcəkdim. Allah Fikrət Əmirova rəhmət eləsin, o vaxt məni gətirdi Bakıya. “Cücələrim” mahnısının ilk ifaçısı mən olmuşam. 1948-ci ildə Mir Cəfər Bğırovun qarşısında oxumuşam. Hələ Gəncədə olarkən, teatrda uşaq rollarını oynayırdım. Bu minvalla gəldim çıxıdm bu yerə. Mehdi Məmmədov, Rza Təhmasib dərs deyib mənə.
-Müasir dövrdə nəyi bəyənmirsiz?
-Tələsməyi. Hər şeyə tələsirik.

 

İradə Nurəddinqızı






14 Sentyabr, 2011  15:21 Baxılıb: 4511 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner