Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ARDNŞ UKRAYNAYA NEFT TƏDARÜKÜNÜ İKİ DƏFƏ ARTIRACAQ

Ukraynanın Milli Səhmdar Şirkəti “Naftoqaz Ukrayna” və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bu ölkəyə ildə daha iki milyon ton neft satışı barədə danışıqlar aparır.

Bu barədə “Ukrinform” ARDNŞ-nin ticarət nümayəndəliyi SOCAR Trading-in baş icraçı direktoru Valeriya Qolovuşkinə istinadən xəbər verir.

“İndi biz dövlət şirkəti ilə (“Naftoqaz”) ildə təxminən iki milyon ton neftin satışı üzrə müqaviləni müzakirə edirik”, - Qolovuşkin Kiyevdə I Beynəlxalq neft sammitindəki çıxışında deyib.

Onun sözlərinə görə, müqavilənin imzalanma müddəti və Azərbaycan neftinin tədarükünə başlanması “Naftoqaz”dan asılıdır.

“Bu, bizdən deyil, alıcılardan asılıdır. Biz neft satmağa hazırıq”, - Qolovuşkin deyib.

O, hazırda ARDNŞ-nin Kremençuq NEZ və iki Qərbi Ukrayna NEZ-ə CIF şərtləri ilə neft satdığını dəqiqləşdirib.

“Müqaviləyə görə, bizdə 2011-ci ildə təxminən iki milyon ton neft var, əgər “Naftoqaz”la müqavilə bağlasaq, onda 2012-ci ildə daha iki milyon ton neft olacaq”, - Qolovuşkin deyib.

O qeyd edib ki, Azərbaycan neftinin Ukraynaya tədarük həcmləri yalnız onun alıcılıq qabiliyyətindən asılıdır.

Azərbaycan neftinin iki Qərbi Ukrayna NEZ-ə satışına mayın 20-dən başlanılıb.

Azərbaycan nefti Belarusa Odessa-Brodı neft kəməri ilə tədarük edilir. Kəmər işinə avers rejimində başlayıb.

Azərbaycandan neft tədarükünə dair müqavilə Belarus Neft Şirkəti və ARDNŞ arasında bağlanıb. Müqaviləyə əsasən, 2011-ci ildə 4 milyon tonadək neft tədarük ediləcək. Neft “Cənub” limanına, sonradan Odessa-Brodı və “Dostluq” boru kəməri ilə Mozır NEZ-ə çatdırılacaq. Odessa-Brodı neft kəmərindən istifadə etməklə karbohidrogen xammalının göndərilməsinə dair müqavilə “Belarus Neft Şirkəti” QSC və “Ukrtransnafta” ASC arasında bağlanıb./trend






14 Sentyabr, 2011  01:13 Baxılıb: 920 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner