Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bizim işçilər rüşvət alırlar, amma susuram”

Gəncə şəhər Dəmiryolu Xəstəxanasında nə baş verir?

“Bizim xəstəxananın işçilər xəstələrdən pul alırlıar. Amma mən baş həkim olaraq bu barədə heç kimə demirəm. Heç görün, mən bu barədə sizə deyirəm? Onların qanunsuz əməlləri ilə bağlı sizə müraciət edirəm?”

Bunu Gəncə şəhər Dəmiryolu Xəstəxanasının baş həkimi Mirzahid Müctehidzadə AzadlıqRadiosuna işçilərin onlardan təmir üçün pul yığılması barədə ittihamlarına cavab olaraq bildirib.

Baş həkim əlavə edib ki, iəhərdə aparılan bu tədbirlərə bütün şəhər əhalisi qarışıb: “Mən kiməsə deməmişəm ki, gətirin pul verin. Mən hasarların dəyişdirilməsi üçün baş idarəyə müraciət etmişəm. Artıq smeta sənədləri hazırlanır və özləri gətirib dəyişəcəklər. Yəni, bura 1-2 manat yox, bir neçə min manat vəsait lazımdır”.

Gəncə şəhər Dəmiryolu Xəstəxanasının fasadı və hasarları yerli icra hakimiyyətinin göstərişinə əsasən, yenidən üzlənməlidir. Xəstəxanada çalışanlar isə iddia edirlər ki, bunun üçün onlardan 50 manat tələb edirlər. Onlar AzadlıqRadiosuna adlarının çəkilməməsi şərtilə danışıblar:

Adlarının açıqlanmasını istəməyən işçilər isə radionun yerli nümayəndəsinə bildiriblər ki, yeni icra başçısı xəstəxananın ətrafını, səkilərini «ağlay»la üzləməyi tapşırıb: “Təxmini hesablayıblar ki, 50 min manat lazımdır. Bu 50 min manatı işçilərin arasında bölüblər və 3-4 ay 50 manat verməyi tapşırıblar. Tibb bacıları 100 manat, xadimələr 90 manat ayda maaş alırlar. Hər ay 50 manatı ora verməklə bizləri aclığa məhkum edirlər».

RAMİL






13 Sentyabr, 2011  17:46 Baxılıb: 1131 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner