Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“TƏHSİL KREDİTLƏRİ HAQQINDA” QANUN LAYİHƏSİ MÜZAKİRƏYƏ ÇIXIR

Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı İqtisadi siyasət komitəsinin ilk iclası keçirilib.

Komitənin sədri, akademik Ziyad Səmədzadə komitənin ötən sessiyadakı gördüyü işlərin hesabatını təqdim edib və bildirib ki, ötən dövrdə komitə çox məhsuldar işləyib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi inkişafını sürətləndirən qanunların, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən saziş, müqavilə və konvensiyaların qəbulunda mühüm rol oynayıb.

Onun dediyinə görə, payız sessiyasında isə “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında”, “Təhsil kreditləri haqqında” qanun layihələrinə, Rəqabət Məcəlləsinin layihəsinə və digər qanunlara münasibət bildirərək,onlar MM-in ümumi iclasında müzakirəyə təqdim ediləcək.

Sonra komitə sədrinin müavini Çingiz Əsədullayev, deputatlardan Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Əli Məsimli və başqaları çıxış edərək komitənin payız sessiyası üçün qanunvericilik işləri planı barədə rəy və təkliflərini söyləyiblər.

İclasda həmcinin, Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Serbiya və Sloveniya respublikaları hökumətləri arasında dəniz nəqliyyatına, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardıma, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair saziş layihələrinə münasibət bildirilib və deputatlar bu beynəlxalq sənədlərin Azərbaycanın milli maraqlarına xidmət etdiyini vurğulayıblar.

Daha sonra, “İstehlakçılaının hüquqlarının müdafiəsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Sosial sığorta haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələrinə münasibət bildirilib.






13 Sentyabr, 2011  00:57 Baxılıb: 896 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner