Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

XƏZƏRDƏ AZƏRBAYCAN GƏMİSİ SAXLANDI

Gəmidə yoxlama aparılıb

APA-nın «RİA Dağıstan» agentliyinə istinadən verdiyi məlumata görə, baxış zamanı gəminin dövlət bayrağı, müvafiq dövlət nişanları və sənədlərinin olmadığı müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan tərəfinə müvafiq məlumat verilib.

Sərhədçilərin yoxlamaları zamanı gəmidə təxminən 700 kq nərə balığı, 1500 qarmaq, "kallada" tipli tələ aşkarlanıb. İstintaq tədbirlərinin keçirilməsi üçün gəmi "Mahaçqala" dəniz limanına aparılıb.

Məlumatda qeyd olunub ki, 2010-cu ildə Dağıstan Sərhəd İdarəsi tərəfindən Azərbaycan bayrağı altında Xəzərdə üzən 4 gəmiyə baxış keçirilib. «Dalğa» adlı gəmidə 1,5 ton ağ balıq və ov ləvazimatı, «Xəzər» adlı gəmidə 8 kq qara kürü, 2 ton nərə balığı və ov ləvazimatı, «Tufan» adlı gəmi isə iki dəfə 3 ton nərə balığı və ov ləvazimatları ilə birgə saxlanılıb.

Dəniz akvatoriyasında sərhəd rejimini pozmuş gəmilərlə bağlı müvafiq sənədlər və məlumatlar Azərbaycan Dövlət Sərhəd Xidmətinə göndərilib.






12 Sentyabr, 2011  21:32 Baxılıb: 1681 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner