Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycana 8 ayda nə qədər maşın gətirilib?

Aydın Əliyev rəqəmləri açıqladı

"Azərbaycana son 8 ay ərzində 37600 minik avtomaşın gətirilib. Bu ili ötən illə müqayisə etsək, görərik ki, elə də nəzərəçarpacaq fərq yoxdur. Gətirilən avtomobillərin sayı keçən ilin səviyyəsindədir". Anspress-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Yaponiyada AES-də baş verən məlum hadisələrdən sonra oradan idxal olunan avtomobillərdə heç bir problem yaranmadığını deyən Aydın Əliyev bu məsələnin daim nəzarət altında saxlandığını qeyd edib.

"Bütün gömrük idarələrinə yazılı tapşırıq vermişik ki, gətirilən avtomobillərə nəzarəti daha da gücləndirsinlər. Onu da nəzərə çatdırım ki, Yaponiyanın tanınmış şirkətləri avtomobil istehsalını Yaponiyada yox, digər ölkələrdə həyata keçirməyə çalışır. Ona görə də gətirilən avtomobillərdə elə bir problem aşkarlanmayıb", - A. Əliyev qeyd edib.

Dövlət Gömrük Komitəsinin sədri hər bir sahədə olduğu kimi gömrük sahəsində də korrupsiya halları ilə bağlı mübarizə aparıldığını deyib: "Korrupsiya ilə bağlı mübarizə aparılır. Bu, kampaniya xarakteri daşımır. Burada məsuliyyətə cəlb olunan da var. Bu, gündəlik işimizdir. Hər bir gömrük əməkdaşı istər sərhəddə, istərsə də daxildə hansısa xəta törətdikdə onun haqqında ciddi tədbirlər həyata keçirilir".






12 Sentyabr, 2011  19:05 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner