Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanın qaz ehtiyatı nə qədərdir?

Xoşbəxt Yusifzadə fantastik rəqəm açıqladı

Simsar.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, əgər bundan öncə ölkənin qaz ehtiyatları 2,2 trln. kubmetr həcmində qiymətləndirilirdisə, «Abşeron» strukturunun açılması ilə bu həcm 2,550 trln. kubmetrədək çatacaq. Belə ki, strukturun qaz ehtiyatları 350 mlrd. kubmetr həcmində qiymətləndirilir. X.Yusifzadə onu da bildirib ki, «Abşeron» strukturunda kondensat ehtiyatları 45 mln. ton həcmində qiymətləndirilir. Bu ehtiyatların doğruldulması üçün əlavə quyular qazılmalıdır.

«Bununla yanaşı, Azərbaycanın «Babək» strukturunda qaz ehtiyatları 400 mlrd. kubmetr, «Ümid»də – 200-300 mlrd. kubmetr həcmində qiymətləndirilir. Eyni zamanda, «Asiman», «Şəfəq», «Naxçıvan» və s. strukturlar ölkənin qaz balansını artıracaq və Azərbaycana olan diqqət bir qədər də artacaq».

Qeyd edək ki, ötən həftə Fransanın «Total» enerji şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən «Abşeron» strukturunda iri qaz yatağı aşkar edildiyini açıqlayıb. «Abşeron» strukturu Bakıdan 100 km cənub-şərqdə, təqribən 6 558 metr dərinlikdə yerləşir. «Abşeron» yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Strukturdan il qazın çıxarılması 2020-2022-ci illərdə nəzərdə tutulur ki, qazma nöqtəsində platforma inşa olunarsa ilk hasilata 5 il öncə başlanıla bilər.

Xatırladaq ki, «Total» şirkətinin törəmə qurumu olan «Total EP Apşeron» (40%) bu strukturun işlənməsi layihəsində ARDNŞ (40%) və «GDF SUEZ» şirkətləri (20%) ilə birgə iştirak edir.






12 Sentyabr, 2011  17:08 Baxılıb: 1368 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner