Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

TƏBRİZ İNQİLAB HAZIRLIĞINDA

Futboldakı qələbə təbrizliləri ayağa qaldırdı

Cənubi Azərbaycanın paytaxtı üzərində hərbi təyyarələr uçur, şəhərdə atəş səsləri eşidilir

Təbrizin “Traxtursazi” (“Traktorquraşdırma”) klubunun Tehranda yerli “İstiqlal” futbol komandasını 2:3 hesabı ilə məğlub etməsini təbrizlilər şəhərlərinin küçə və meydanlarında qeyd edib.

Bu şənliklər toqquşmaya səbəb olub. Polisin Təbrizin “Azadi” (əsl adı “Kəmərbənd”) küçəsindən “Abrasani”yə gedən insanların qarşısını kəsməsi olaya çevrilib. Polis müdaxiləsi bayram şənliyinin siyasi aksiyaya çevrilməsinə gətirib çıxarıb. Bundan sonra əhali “Urmu gölü can verir, məclis onun qətlinə fərman verir!” şüarlarını söyləməyə başlayıb.

Çevik polis alayı etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bunun ardınca toqquşmalara böyüyərək şəhərin “Qoldəşt” və “Qolbəd” küçələrinə keçib. Xüsusi təyinatlılar isə vətəndaşlara elektrik dəyənəyi ilə hücum edib. Toqquşmalar Təbrizdə Maralan “Dördyoluna” qədər uzanıb.

Təbrizin “40 metr” adlanan məhəlləsində polis maşınları əhalinin üzərinə sürüb. Minlərlə polis bu məhələdə evlərə hücum edib, evlərin qapı və şüşələrini sındırıb. Təbrizin üzərində İranın hərbi təyyarələrinin uçduğu haqda da məlumatlar yayılıb. Onlar əhaliyə nümayişlərdən əl çəkmək barədə xəbərdarlıq ediblər.

Xəbərlərdə bildirilir ki, Təbrizdə durum gərginləşməkdədir və şəhərdə güllə səsləri eşidilir.

Təsdiqlənməmiş məlumatlara görə, Güney Azərbaycanın Mərəndin “Əl-Mehdi” məscidi ilə şəhəri mərkəzi arasında da gənclər bəlli olayla bağlı şüarlar qışqırıblar.

İran hakimiyyətinin Təbrizə göndərdiyi hərbi qüvvələrinin başçıları yerli məmurlarla yola getmir. Şahidlərin sözlərinə görə, Tehrandan gələn bir zabit Təbrizdəki həmkarına “Gəlmişik eşşəkləri adam edək. Ağa (ayətulla Xamneyinin nəzərdə tutur - S.S.) deyir ki, siz türklər eşşəksiniz” deyib.

Təbrizli zabit isə tapançasının çıxararaq, Tehrandan göndərilən zabitin başına tuşlayaraq, söyləyib: “Bu pozğunu, çənəsi boşu (arvadağızı) Tehrana qaytarın”.






10 Sentyabr, 2011  14:58 Baxılıb: 1332 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner