Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Aktyor mükafat aldı

Nazir Ramiz Məmmədovu təbrik etdi

Sentyabrın 26-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru, əməkdar artist Ramiz Məmmədovun 60 yaşı tamam olacaq.

 Simsar.az-ın məlumatına görə, teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətini nəzərə alaraq, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tanınmış aktyoru təbrik edərək mükafatlandırıb. 

Qeyd edək ki, Ramiz Məmmədov 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət alıb, elə ilk günlərdən istedadı, özünəməxsus oyun tərzi ilə tamaşaçıların və teatr ictimaiyyətinin nəzərini cəlb edib. “Qaynana” tamaşasında Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik»”ə Ağacan, “O olmasın, bu olsun”da Məşədi İbad, Rza bəy, Hambal, “Bəbirlinin kələkləri” tamaşasında Bəbirli və başqa obrazları yaradıb. Aktyor həmçinin “Səhər görüşləri”, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” televiziya verilişlərində, “Yaşıl eynəkli adam”, “Zümrüd quşu”, “Qaynana əməliyyatı”, “Get gətir”, “Əzəlim gözəlim”, “Mənim dayım” tele-tamaşalarında müxtəlif rollar oynayıb.

Aktyor 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.






9 Sentyabr, 2011  20:28 Baxılıb: 1309 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner