Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İLHAM ƏLİYEV ABŞ SƏFİRİNƏ JURNALİSTLƏR BARƏDƏ NƏ DEYİB?

"Onları həbsdə saxlamaq ölkə imici üçün yaxşı deyil, onları azad etmək istəyirəm, amma hansı şərtlə"

WikiLeaks-də yayımlanan ABŞ səfiri Enn Dersin növbəti teleqramlarından biri 2007-ci ildə həbs edilən jurnalistlərin taleyi ilə bağlıdır.

Simsar.az xəbər verir ki, bu məsələni səfir iyulun 27-də prezident İlham Əliyevlə müzakirə edib. Ders növbəti dəfə həbs edilmiş jurnalistlərlə bağlı və onlara qarşı zorakılıq faktlarının araşdırılmamasından beynəlxalq cəmiyyətin narahatlığını çatdırıb. Buna İlham Əliyev kifayət qədər birmənalı cavab verib: “Beynəlxalq təzyiq qarşısında geri çəkilməyəcək". Eyni zamanda, o açıq işarə etdi ki, əgər jurnalistlər ondan birbaşa əfv istəsələr o daha çox xeyirxah olacaq. Daha sonra Əliyev jurnalistləri həbsxanada saxlamağın ölkə imici üçün yaxşı olmadığını və onları azad etmək istədiyini bildirib: “Məsələ ondadır ki, hansı şərtlər daxilində”. 

İlham Əliyev iddia edirdi ki, mətbuata hücum 2008-ci ildə olacaq seçkilərlə bağlı deyil: “Mənim nə müxalifət, nə də tərəfdarlarım arasında rəqibim yoxdur. Buna görə də, mən problemsiz seçkiləri udacağam. Niyə belə vəziyyətdə mənə mətbuatı boğmalıyam?”

O həmçinin dedi ki, jurnalistləri barmaqlıqlar arxasında görmək istəməzdi, ancaq kim ki, qanun çərçivəsində hərəkət edirdi, mən onları dayandırmadım. Əliyev həmçinin bildirib ki, həbs olunmuş jurnalistlərin 7-si ABŞ-da, ATƏT və Avropa Şurasından dəstək xahiş edirlər, lakin prezidentdən əfv olunmaqlarını xahiş etmirlər: “Bura Azərbaycandır, Avropa deyil. Onlar məndən xahiş etməlidirlər”.
Səfirin “belə olan halda onlar öz günahlarını etiraf etmiş olurlar” qeydinə Əliyev “jurnalistlər ya günahlarını boyunlarına almalıdırlar, ya da həbsdə oturmağa davam etməlidirlər” cavabını verib.

Vəziyyətdən çıxış yolu tapmaq barədə səfirin inadlı təkliflərinə Əliyev “Yaxşı gəlin, bunu həll edək. Mən istəyirəm ki, onlar çıxsınlar, məsələ ondadır ki, hansı dəyərlə” cavabını verib.

Daha sonra Əliyev qərbi ona qarşı ikili standartlarda və qeyri-obyektivlikdə ittiham etməyə başlayıb: “Mən adımı mətbuatın 10 düşməni siyahısında görürəm. Gürcüstanda müxalifət yoxdur, telekanallar oliqarxlar tərəfindən alınıb, müxalif liderlər həbsdədirlər, lakin onları demokratik hesab edirlər. Ukraynada Yuşşenko konstitusiyanı 60 dəfə pozur, lakin Avropa Şurası, AB və ABŞ susur”.

Görüşün nəticəsinə dair şərh verən Ders qeyd edib ki, İlham Əliyevin medianın azadlığı ilə bağlı suallara açıq-aydın qıcıqlandığı görünürdü. O dəfələrlə deyirdi ki, nə edirsə etsin qərb onu diktator adlandırır. Təəssürat formalaşır ki, o həm öz imicini qorumaq, həm də beynəlxalq ictimaiyyətin təzyiqinə güzəşt kimi qəbul edilməməsi şərtilə ittiham olunmuş jurnalistlərin problemlərinin həlli yolunu axtarır.






9 Sentyabr, 2011  16:52 Baxılıb: 992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner