Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

23 minlik idman kompleksi

"Eurovision" orda keçirilə bilər 

Bu barədə Trend-ə şirkətin regional ticarət meneceri Rolf Herr deyib. Bu kompleks həm də “Eurovision 2012” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi üçün mümkün yerlərdən biri hesab olunur.

“Osloda “Eurovision” müsabiqəsinin keçirildiyi stadion dörd min, Düsseldorfdakı stadion 10 min nəfər tuturdusa, “Alpine”nin Azərbaycanda tikəcəyi kompleks 23 mindən çox tamaşaçı tutumuna malik olacaq", - Herr bildirib.

Rolf Herr deyib ki, eyni vaxtda stadionun üç hissəsinin - meydançanın, fasadın və tavanın tikintisinə başlanıb: “Bu layihənin unikallığı ondadır ki, tikinti işlərinin qısa bir vaxtda tamamlanması təmin ediləcək”.

Onun sözlərinə görə, müqaviləyə əsasən, “Alpine” 31 mart 2012-ci ilədək arenanın tikintisini başa çatdırmağı öhdəliyinə götürüb. Layihənin baş dizayneri “gmp” alman şirkəti, stadionun dizayneri isə İsveçrənin "Nussen" şirkətidir. Həmçinin, layihənin tərkib hissələrindən biri kompleksin yaxınlığında bütün müasir avadanlıqlarla təchiz ediləcək 1500 nəfərlik media mərkəzinin inşa edilməsidir.

“Kompleks müasir beynəlxalq standartlara uyğun olacaq, onun kifayət qədər giriş-çıxışı gələnləri maneəsiz qəbul etməyə imkan verəcək. Standartlara uyğun olaraq, hər hansı bir fövqəladə hal baş verərsə, stadionun bütün qonaqları 8 dəqiqə ərzində təxliyyə oluna bilər”, - Herr vurğulayıb.






9 Sentyabr, 2011  15:11 Baxılıb: 1121 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner