Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənimət Zahid ailəsini ölkədən çıxardı

Onların sağlamlığına və həyatına istiqamətlənmiş təhlükə mənim fəaliyyətimlə bağlı idi

"Azadlıq" qəzetinin bir müddət əvvəl Türkiyəyə getmiş baş redaktoru Qənimət Zahiddən yeni xəbər var.

O, başçılıq etdiyi qəzetə məktub göndərərək Fransaya yola düşdüyünü bildirib. Qənimət Zahid son illərdə özünün və əməkdaşlarının məruz qaldığı təqib-təzyiqlərdən, işgəncələrdən söz açaraq bilidirib ki, o, demokratiya uğrunda mübarizəsindən geri çəkilmir, və özünü bu mübarizədən kənarda hiss etmir.

Fransaya getməsi zərurətindən danışan Qənimət Zahid bildirib ki, bu addımı ailəsini izləyən təhlükə ilə bağlı atmağa məcbur olub: "Öz həyatım və təhlükəsizliyimlə bağlı istənilən qərarı verə bilərəm, amma söhbət övladlarımdan gedəndə risk edə bilmərəm. Bir daha vurğulayıram: söhbət onları ictimai-siyasi aktivliyinə görə gözləyən təhlükədən getmir. Onların sağlamlığına və həyatına istiqamətlənmiş təhlükə mənim fəaliyyətimlə bağlı idi".

Ailəsini Fransaya apardığını və ailə üzvlərinin orada təqib edilməyəcəyi ilə bağlı təminatlar aldığını deyən baş redaktor bildirib ki, onları Fransada yerləşməsi ilə bağlı texniki məsələləri həll edəndən sonra Azərbaycana dönəcək.






9 Sentyabr, 2011  15:05 Baxılıb: 1019 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner