Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

ƏSGƏR ÖZÜNÜ ÖLDÜRDÜ

Rəsmi məlumata görə, mərhum silahla düzgün davranmayıb

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, Şəki Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, 1993-cü il təvəllüdlü Bəxtiyar Etibar oğlu İbrahimov xidməti silahı ilə atəş açaraq özünü öldürüb. Hadisənin baş vermə səbəbləri məlum deyil.

Şəki Rayon Hərbi Komissarlığından APA-nın yerli bürosuna faktı təsdiqləyiblər. Bildirilib ki, əsgərin meyiti bu gün rayona gətirilərək ailəsinə təhvil veriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.






8 Sentyabr, 2011  21:46 Baxılıb: 1085 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner