Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK müdir axtarır

Müsabiqə elan edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. TQDK-nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan TQDK-da çalışan dövlət qulluqçuları iştirak edə bilərlər. 

Müsahibədə iştirak etmək üçün ərizə (2 nömrəli əlavə) və ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə) təqdim edilməlidir. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu sentyabrın 7-dən 21 sentyabr saat 18:00-dək TQDK-da aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

TQDK-nın müsabiqəyə çıxardığı 7-ci təsnifata aid olan dövlət qulluğu vəzifəsi isə TQDK-nın Gəncə regional bölməsi üçün müdir vəzifəsidir. Vəzifə maaşı 312 manatdır. Gəncə regional müdirinin qulluq funksiyalarına regionda imtahanların təşkili və keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin keçirilməsinin təmin edilməsi, sənəd qəbulu komissiyaları ilə işin aparılması, şöbənin əməkdaşları arasında iş bölgüsünün aparılması və şöbənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi, keçirdiyi tədbirlərin nəticələrinə əsasən araşdırmaların aparılması, ümumi hesabatların və təkliflərin hazırlanması və struktur bölməyə daxil olan sənədlərin, eləcə də vətəndaşlardan daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi daxildir. Bu vəzifəni tutmaq istəyən şəxs ali təhsilli və 3 il staja malik olmalı, ingilis dilini orta, rus dilini yüksək səviyyədə bilməli, eyni zamanda “MS WINDOWS”, “MS OFFICE”, kompüter proqramlarını yüksək səviyyədə bilməli, internetdə işləməyi bacarmalıdır.






8 Sentyabr, 2011  21:26 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner