Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlik müsabiqə elan etdi

İqtisadi İnkişaf Nazirliyi tələbə-gənclər üçün müsabiqə elan etdi

İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı tələbə-gənclər arasında “Müstəqil Azərbaycanın iqtisadi inkişafı” mövzusunda müsabiqə elan edib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqə noyabrın 1-də yekunlaşacaq.

Müsabiqə iştirakçıları oktyabrın 10-dək “www.economy.gov.az” internet saytı vasitəsilə anket formasını doldurmalı, məqalə və onun qısa xülasəsini, şəxsiyyətini təsdiq edən sənədin surətinin elektron variantını “f.isgenderov@economy.gov.az” elektron ünvanına təqdim etməlidirlər;

Müsabiqədə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və xaricdə təhsil alan Azərbaycan gəncləri tək və ya müştərək halda iştirak edə bilərlər. Məqalə 10 - 15 səhifə həcmində (18000 - 27000 işarə) olmalıdır. Titul vərəqində müəllifin, təhsil aldığı müəssisənin və məqalənin adı göstərilməlidir. Məqalə Azərbaycan dilində (tövsiyə olunur) və ya xarici dillərdə (rus və ingilis) təqdim edilə bilər. Məqalədə istifadə olunmuş ədəbiyyatın siyahısı göstərilməlidir. Məqalənin sonunda “İqtisadi İnkişaf Nazirliyi tərəfindən “Müstəqil Azərbaycanın iqtisadi inkişafı” mövzusunda tələbə-gənclər arasında elan edilmiş müsabiqəyə təqdim edilir” sözləri qeyd olunmalıdır.

Təqdim olunmuş məqalə geri qaytarılmır. Məqalələrin təqdim olunma vaxtının bitməsindən sonra 20 gün ərzində İqtisadi İnkişaf Nazirliyində yaradılmış Komissiya qalibləri müəyyən edir və mükafatlandırır. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq. Birinci yer üçün 500 manat, ikinci yer üçün 350 manat, üçüncü yer üçün 250 manat ayrılıb. 100 manat həvəsləndirici mükafat veriləcək.






8 Sentyabr, 2011  20:28 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner