Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həkimlərin və müəllimlərin əmək haqqlarında xeyli artım

Bu hadisə onların dövlət qulluğu ilə bağlı statusları müəyyənləşəndə baş verəcək

"Azərbaycanda həkimlərin və müəllimlərin dövlət qulluğu ilə bağlı statusu müəyyən edildikdən sonra onların əmək haqlarında xeyli artım olacaq. Artımın nə qədər olacağı hələ məlum deyil, amma hesab edirəm ki, bu rəqəm 40-50 faiz ola bilər". Bu haqda APA-ya Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi ilə bağlı qərarın hazırlanması üçün ölkə başçısının verdiyi müddət bu ay başa çatır: "Bu ay ərzində hökumət hazırladığı qərar layihəsini ya Milli Məclisə, ya da Prezidentə təqdim edəcək".

M.Quliyev bildirib ki, dövlət qulluqçusu statusu 65 yaşı tamam olduğuna görə təqaüdə göndərilən müəllim və həkimlərə də şamil oluna bilər: "Hesab edirəm ki, 65 yaşı tamam olduğuna görə, təqaüdə göndərilən müəllim və həkimlərə də dövlət qulluqçusu adını vermək mümkün ola bilər. Amma bu məsələ ciddi ölçülüb-biçilməli və hesablanmalıdır. Çünki bu iş üçün xeyli miqdarda maliyyə vəsaiti cəlb edilməlidir".

Deputatın sözlərinə görə, qanunvericilik buna imkan verir: "Qanunvericiliyə görə, qanunun geriyə qüvvəsi o halda mümkündür ki, o insanların əvvəlki statusunu pisləşdirməsin, yaxşılaşdırsın. Bu məsələ də yaxşılaşdırıcı addım olduğuna görə, qanun geriyə də şamil oluna bilər. Yəni, qanun qəbul olunandan əvvəl təqaüdə çıxmış şəxslərə də şamil oluna bilər, qanunvericilik bunu inkar etmir. Amma maliyyə tutumu baxımından buna nə qədər imkan olacaq, onu demək hələ çətindir. Gərək hesablamalar aparılsın".






8 Sentyabr, 2011  20:01 Baxılıb: 1016 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner