Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan filimi daha bir mükafat aldı

"Sahə" təltif edildi

Avqustun 27-dən sentyabrın 4-dək Moskvada, “Krasnaya Presnya”dakı Kino Mərkəzdə XV Milli Kinematoqrafiyalar Forumu keçirilib.

Tədbir Rusiya Federasiyası Dövlət Film Fondunun və MDB Ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Kinematoqrafçılar İttifaqlarının Konfederasiyası tərəfindən “Moskva Premyerası” festivalı çərçivəsində baş tutub. Forumda Azərbaycanı təmsil edən “Sahə” bədii filminin rejissoru İlqar Safat Moskva Hökumətinin Diplomu ilə təltif edilib.

“Nərimanfilm” şirkətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,
mövcud olduğu 15 il ərzində Forum bir çox istedadların aşkar edilməsinə səbəb olub. MDB, Latviya, Litva və Estoniya ölkələrini əhatə edərək Forum dünya kinosevərlərinə həmin ölkələrin kinematoqrafiyasında baş verən yeniliklərdən xəbər tutmağa imkan yaradıb.

“Sahə” bədii filmi (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Film “Narimanfilm” (Azərbaycan), “Georgianfilm” və “Bagira Films” (Gürcüstan) studiyalarının müştərək istehsalıdır. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) və Timur Oduşev (Azərbaycan) ifa ediblər. Ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır.






8 Sentyabr, 2011  16:24 Baxılıb: 1209 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner