Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

WİKİLEAKS RAMİZ MEHDİYEVİ DƏ DANIŞDIRDI

"O ki qaldı mənim haqqımda yazılan məlumatlara, onlar sadəcə gülməlidir"

Bununla əlaqədar APA-nın “ABŞ-ın ölkəmizdəki keçmiş səfirləri Rino Harniş, Enn Dersi və səfirliyin digər əməkdaşlarına istinadən “Wikileaks” saytında yayılan məlumatlarda Azərbaycan və onun qonşuları barədə, ayrı-ayrı məmurlarla bağlı, o cümlədən şəxsən sizin haqqınızda da bir çox mülahizələr yer alıb. Bunları necə şərh edərdiniz?” sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri bildirib ki, “Wikileaks” saytında Azərbaycanda ayrı-ayrı zamanlarda işləmiş səfirlərə istinadən yayılmış materialların heç bir obyektiv əsası yoxdur: “Bəri başdan qeyd edirəm ki, bunlar şəxsi mülahizələrdir və onların bu gün yayılmasını xüsusi təşkil edənlər var. Görünür, belə materialların yayılması, o cümlədən Azərbaycan haqqında yanlış fikirlərin formalaşdırılması kiməsə lazımdır. O ki qaldı mənim haqqımda yazılan məlumatlara, onlar sadəcə gülməlidir. Materiallarda qeyd olunur ki, guya “Ramiz Mehdiyevin Rusiyanın “Lukoyl” neft şirkəti ilə sıx əlaqəsi var. Rusiyanın hakim elitasında və biznes dairələrində geniş imkanlara sahibdir. Onun nəzarətində bir neçə şirkət var ki, son illər ölkəni bürümüş tikinti işləri ilə məşğul olurlar”. Belə cəfəng, yalan, uydurma yazı ilə tanış olandan sonra bu materialların ABŞ kimi fövqəldövlətə gətirəcəyi dividentlərə məndə ciddi şübhə yarandı. Əgər doğrudan da dünyanın nəhəng dövləti bütün ölkələrlə siyasətini öz səfirlərindən aldığı subyektiv mülahizələr, yalan və uydurma məlumatlar əsasında quracaqsa, onda onun dünya xalqları arasındakı gələcək nüfuzunu təsəvvür etmək heç da çətin olmayacaq. Başqa cür düşünmək çox çətindir, çünki belə əcaib hallar son zamanlar tez-tez təkrarlanır”.






7 Sentyabr, 2011  21:05 Baxılıb: 1597 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner