Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

KÜR ÇAYI ÜZƏRİNDƏ YENİ ASMA KÖRPÜ SALINIR

Uzunluğu 350 metr olan körpünün asma hisəsi 150 metr olacaq

Ələt-Astara yolunun yenidən tikilməsi ilə əlaqədar Azərbaycanın Salyan rayonu ərazisində, Kür çayı üzərində yeni asma körpu salınır.Hazırda rayonun bu hissəsində iki körpu mövcud olsa da onlardan biri qeyri-işlək vəziyyətdədir. Yeni tikiləcək körpu isə bir sira özəllikləri və üstünlükləri ilə o birilərindən seçiləcək.

Mürəkkəb konstruksiyaya malik bu qurğunun inşasını “Azərkörpü” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Körpünün uzunluğu 350, asma hissəsi isə 150-metrdir. Körpu 5 aşırımlı olacaq. Kürün sahillərini birləşdirən bu yeni qurğunun eni 30 metr olmaqla 4 zolaqlı yoldan ibarət olacaq.

“Azərkörpü” ASC-nin sahə rəisi Pərviz Musayev bildirir ki, körpü yeni standartlara uyğun olacaq. Artıq işlərin muəyyən bir hisssi görülüb. Müvəqqəti dayaqların qurulması üçün estakada da artıq hazırdır və digər sahildə də estakadanın tikilişi gedir. 6 dayaqlı olması nəzərdə tutulan körpünün hazırda özülü betonlanıb. Körpu Ələt-Astara yolunun yeni hissəsi çəkilənə kimi, yəni 2013-cü ilə qədər istismara veriləcək.






7 Sentyabr, 2011  19:41 Baxılıb: 2431 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner