Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İnternet tarifləri aşağı düşəcək

"Sentyabr-oktyabr aylarında bu fərqi hiss edəcəyik"

Bu ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycanda internet xidmətləri tariflərinin bir qədər də düşəcəyi gözlənilir.

 Simsar.az-ın  məlumatına görə, bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, internet xidməti lisenziyalaşdırılmayan xidmət növüdür və bunun ölkədə geniş istifadəsi üçün hər cür şərait yaradılır: «Hazırda ölkədə fəaliyyət göstərən internet provayderlərin sayı 30-dan çoxdur. Ümumiyyətlə, son illər ərzində ölkədə internet tariflərinin aşağı düşməsi müşahidə olunur ki, Azərbaycan regionda internet xidmətlərinə görə ən aşağı qiymətlər olan ölkələr sırasındadır».

İ.Məmmədov qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən internet provayderlər müqayisə və rəqabət şəraitində göstərdiyi xidmətlərə görə qiymətləri aşağı salır. Belə ki, onların aldığı internet tarifikin qiyməti də düşüb. Eyni zamanda, ölkə istifadəçisi üçün istədiyi internet provayderin xidmətindən istifadədə seçim imkanı yaradılıb: «Bizim əsas məqsədimiz internet xidmətlərinin keyfiyyətini təmin etməkdir. Yəni, internet provayderlərin əsas göstərdiyi xidmətlər vətəndaş tərəfindən ödənilən dəyərə uyğun olsun. Ümumiyyətlə, onu deyə bilərəm ki, ölkədə fəaliyyət göstərən internet provayderlər reklam və ya kampaniyalar çərçivəsində qiymətləri aşağı salır və sentyabr-oktyabr aylarında bu fərqi hiss edəcəyik».






7 Sentyabr, 2011  18:05 Baxılıb: 1164 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner