Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

DÜNYA BANKINDAN DÜNYAYA ARXAYINÇILIQ MESAJI

Mesajın amması da var

Dünya iqtisadiyyatının təkrar böhranla üzləşməsi ehtimal olunmasa da, müəyyən risklər qalır. Simsar.az-ın “Reuters”ə istinadən xəbərinə görə, bu bəyanatla Dünya Bankının (DB) prezidenti Robert Zellik çıxış edib.

O, ABŞ iqtisadiyyatında da təkrar böhranın yaşanacağına inanmadığını bildirib: “Amma ABŞ iqtisadiyyatının gələcəyi çox qeyri-müəyyəndir. Ölkə iqtisadi artımın asta templəri və kütləvi işsizliklə üzləşməli olacaq”.

DB prezidenti Avropadakı böhranla da bağlı fikirlərini açıqlayıb. Onun fikrincə, Avropa İttifaqı üzv ölkələrin maliyyə siyasətinə münasibətdə əsaslı iş aparmalıdır.

Qeyd edək ki, bu il sentyabrın 9-da Marsel (Fransa) şəhərində “Böyük 7-lik” ölkələrinin maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin görüşü keçiriləcək. İclasın məqsədi dünya iqtisadiyyatındakı böhranla mübarizə üçün zəruri olan tədbirləri razılaşdırmaqdır.






6 Sentyabr, 2011  20:07 Baxılıb: 1107 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner