Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ƏLİ HƏSƏNOV WIKILEAKSI SARI MƏTBUAT ADLANDIRDI

"Boş informasiyadır, yalandır, qəsdən uydurulmuş, yayılmış məlumatlardır" 

Rəsmi Bakı WikiLeaks saytında Azərbaycanla bağlı verilən son məlumatların yalan və böhtan olduğunu bəyan edib.


“WikiLeaks ABŞ diplomatlarına istinad edərək, onların mülahizələrinə söykənərək bölgədə müxtəlif dövlətlərin münasibətlərini kəskinləşdirməyə cəhd göstərən və heç bir əsası olmayan informasiyaları yayma xəttini tutdu. Bununla bağlı biz dəfələrlə təkzib vermişik - xüsusən də Azərbaycan-Türkiyə münasibətlərini pisləşdirməyə yönəldilmiş informasiyalar var idi, Azərbaycan və Türkiyə rəhbərlərini ləkələməyə istiqamətlənən məlumatlar var idi, Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərinə toxunan və bu münasibətlərin ahəngini pozmağa çalışan müəyyən bəlli, məqsədyönlü düşünülmüş xətlər var idi. Bunlarla bağlı biz dəfələrlə təkzib vermişik, onları inkar etmişik - boş informasiyadır, yalandır, qəsdən uydurulmuş, yayılmış məlumatlardır və bu gündə həmin fikirdəyik”. Bunu Trend-ə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, artıq WikiLeaks informasiyaları dünyada yayılan sarı mətbuat informasiyası səviyyəsinə gəlib çatıb.

“O informasiyaların yalan olduğunu biz dəfələrlə faktlarla sübut etmişik. Məsələn son zamanlar yayılıb ki, guya Azərbaycan Prezidenti GUAM tədbirindən sonrakı ziyafətdə qonaqları heyrətləndirəcək villa, iqamətgah göstərib. Halbuki o tədbir ölkənin Zuğulba dövlət iqamətgahının qonaq evində keçirilib ki, orada nə sauna var, nə də onları heyrətləndirəcək təsvirlər. Bunlar hamısı yalandır. Cəmi bir faktı göstərməklə demək istəyirəm ki, bunlar hamısı yalandır. Faktiki olaraq orada səsləndirilən informasiyalar yalan və yaxud kiminsə mülahizəsindən ibarətdir. Yaxud da İranla bağlı Azərbaycan prezidentinin dilindən guya səsləndirilən ifadələr var. Bunların hamısını təkzib edirik və bu informasiyaları qəsdən uydurulmuş, Azərbaycanın xarici ölkələrlə münasibətlərinə təsir göstərən, öz məqsədləri istiqamətində o münasibətləri idarə edən və formalaşdıran siyasət kimi dəyərləndiririk. Xüsusən, ABŞ-ın ayrı-ayrı dövlət rəsmilərinə istinadən müəyyən sözlər işlənib ki, biz onları da təkzib edirik”, - Həsənov əlavə edib.






6 Sentyabr, 2011  14:32 Baxılıb: 1122 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner