Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Nazir müavini etiraf etdi

Nazir müavini Bəhram Əliyev: «Azərbaycanda ərzağın bahalaşması süni yolla baş verir»

Azərbaycanda bəzi ərzaq mallarının qiymətinin kəskin artması süni xarakter daşıyır və təbii iqtisadi proseslərin deyil, işbazların fəaliyyətinin nəticəsidir.

 Simsar.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Bir qədər əvvəl ətin və yumurtanın qiymətinin artmasını misal gətirən nazir müavininin sözlərinə görə, qiymət artımlarının qarşısının alınması üçün ölçü götürülməlidir: «Məsələn, araşdırılmalıdır ki, yumurtanın qiyməti niyə dəyişilməlidir və ya ət məhsullarının qiyməti niyə artmalıdır. Əgər bu gün ölkə özünün ətə olan tələbatının 80-85%-ni ödəyirsə və ölkədə ət qıtlığı yoxdursa, qiymətlər niyə artmalıdır?».

Nazir müavininin sözlərinə görə, qiymət artımının əsas səbəbkarı işbazlardır: «İşbazlar var və onlara qarşı ölçü götürülməlidir. Bununla bağlı İqtisadi İnkişaf Nazirliyinin qurumları var və yəqin ki, onlar bu məsələlərlə məşğul olacaq və buna imkan verməyəcək».

B.Əliyev bildirib ki, qiymət artımı Azərbaycanda həmin məhsulların bazarı idxaldan asılı olduğu halda təbii sayıla bilər: «Belə olsaydı biz qiymət artımından danışa bilərdik, amma biz bu məhsulları ölkə daxilində yetişdiririk, bunların qiyməti niyə artmalıdır?».

B.Əliyevin fikrincə, Kənd Təsərrüfatı Nazirliyinin həftə sonlarında Bakıda təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında qiymətlər adi bazara nisbətən 20-25% ucuz olur: «Məsələn, hər hansı məhsul bazarda 5 manatadırsa, yarmarkalarda 3-3,5 manata satılır».






5 Sentyabr, 2011  20:47 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner