Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azadlıq meydanı barəsində iki xəbər

Meydanda geniş qazıntı işləri aparılır

«APA-ECONOMICS»in məlumatına görə, iki mərtəbədən ibarət olacaq dayanacağın hər mərtəbəsində 1 300 olmaqla ümumilikdə 2 600 nəqliyyat vasitəsi yerləşəcək. Hər mərtəbənin sahəsi 32,5 min kv. metr, dayanacağın ümumi sahəsi isə 65 min kv. metr təşkil edəcək.

Dayanacağa giriş-çıxış üçün 2 avtomobil və 2 piyada keçidləri tikiləcək ki, keçidlər Hökumət Evinin hər iki tərəfindən və Azadlıq prospektinə çıxacaq.

«Azadlıq» meydanı bayram, mərasim və hərbi paradların keçirilmə yeri olduğuna görə, meydanın möhkəmləndirilməsi də nəzərdə tutulur ki, ərazi böyük insan kütləsinin, eləcə də hərbi parad zamanı ağır hərbi texnikanın ağırlığına davam gətirsin.

Qeyd edək ki, «Azadlıq» meydanı ətrafında yeni metro stansiyasının tikintisi də nəzərdə tutulub.

Yeraltı avtodayanacağın metro stansiyasının inşasına mane olub-olmayacağına gəldikdə, Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, «Azadlıq» meydanında tikilən dayanacaq yeni stansiyaya heç bir maneçilik törətməyəcək: «Yeni metro stansiyası «Azadlıq» meydanından bir qədər kənarda – Dəniz Limanına yaxın bir yerdə inşa olunacaq və yeraltı avtomobil dayanacağının tikintisi stansiyanın inşasına heç bir maneə törətməyəcək».

Qeyd edək ki, yeni metro stansiyasının 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə «APA-ECONOMICS»ə Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulov məlumat verib.

Yeni metro stansiyalarının tikintisinə gəldikdə isə A.Rəsulov qeyd edib ki, hazırda qrafikə uyğun olaraq sürətli işlər aparılır: «Əsas məqsədimiz «Avtovağzal» stansiyasının tikintisi və bu stansiyanın «Memar Əcəmi» stansiyası ilə birləşdirilməsidir ki, nəticədə Bakı Metropoliteninin üçüncü xətti yaradılacaq və «Memar Əcəmi» stansiyası keçid stansiyasına çevriləcək».

A.Rəsulov onu da bildirib ki, Bakı Metropoliteninin üçüncü xətti Bakı Beynəlxalq Avtovağzalında tikilən metro stansiyasını Azadlıq meydanı ilə birləşdirəcək. Ümumiyyətlə, üçüncü xətdə ilkin olaraq 6 stansiya tikiləcək: «Xəttin ilk stansiyası «Avtovağzal», ikincisi – «Memar Əcəmi», üçüncüsü – Ceyhun Səlimov küçəsində («Xutor dairəsi»nin ətrafında), dördüncüsü – Heydər Əliyev adına İdman-Konsert Kompleksinin aşağı hissəsində, beşincisi – Heydər Əliyev Sarayının arxa hissəsində, altıncısı isə Azadlıq meydanında olacaq. Sonuncu stansiyanın minimum 6 çıxışı olacaq».

A.Rəsulov üçüncü xəttin stansiyalarının nə vaxt istifadəyə veriləcəyini də açıqlayıb. Belə ki, ilk iki stansiya 2013-cü ilin sonunda, digər iki stansiya – 2015-ci il ərzində, sonuncu iki stansiyanın isə 2016-cı ildə istifadəyə veriləcəyi nəzərdə tutulur.

Metropliten rəsmisi vurğulayıb ki, eyni zamanda «Xətai» – «H.Aslanov-2» – «Yeni Günəşli» istiqamətində də stansiyalar, həmçinin iki depo inşa olunacaq.

A.Rəsulovun sözlərinə görə, dövlət başçısının «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncamına uyğun olaraq Bakı Metropoliteninin İnkişafının Dövlət Proqramının layihəsinə artıq başlanılıb. Sözügedən Dövlət Proqramının hazırlanması məqsədilə Bakı Metropoliteninin keçirdiyi açıq tenderdə Koreya, Avstriya, Fransa, Almaniya, Rusiya, Çexiya və İspaniyanın şirkətləri iştirak edib ki, nəticədə 3 şirkət seçilib (Fransanın «Systra», Çexiyanın «Mott MacDonald» və Cənubi Koreyanın «Saman Corp» şirkətləri) və onlardan ibarət konsorsium yaradılıb. Konsorsium tərəfindən Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi tərtib olunub, həmin sxem Azərbaycanın dövlət başçısı tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Konseptual İnkişaf Sxeminə uyğun olaraq 2030-cu ilədək 83,4 km tunel (iki yollu hesabla) və 53 stansiyanın tikilməsi nəzərdə tutulub. Nəticədə, stansiyaların sayı 76-ya, tunellərin uzunluğu isə 119 km-ə çatacaq. Strategiyaya uyğun olaraq metropoliten sistemində 5 müstəqil metro xətti olacaq.






5 Sentyabr, 2011  20:18 Baxılıb: 1269 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner