Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ƏTİN QİYMƏTİ NİYƏ QALXIB?

Kənd Təsərrüfatı Nazirliyi narahatdı

Bu barədə bazar ertəsi jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.

"Bu məhsulların qiymətləri idxaldan güclü asılılıq zamanı arta bilər ki, bu da bizdə müşahidə olunmur. Bu gün ölkə əhalisinin ətə olan tələbatı ildə 340 min ton təşkil edir. Yəni tələbatın 80-85 faizini daxili istehsal hesabına təmin edirik", - Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə bu məhsulların qıtlığı yoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin analoji dövrü ilə müqayisədə 2011-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 10,2 faiz, o cümlədən heyvandarlıq məhsulları 4,8 faiz bahalaşıb.

Nazir müavininin sözlərinə görə, ərzaq təhlükəsizliyi üzrə dövlət proqramında 2015-ci ilədək ətin istehsal həcminin 340 min tona, südün isə 2,4 milyon tonadək artırılması üzrə məqsədlər müəyyənləşdirilib.

Yeddi ay ərzində heyvandarlıq sahəsində diri çəkidə 243,3 min ton ət, 941,3 min tin süd, 590,6 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.

"Kənd təsərrüfatı məhsullarının qiymətlərini süni şəkildə artıran işbazlar barəsində müəyyən tədbirlər görülməlidir. Belə halların qarşısı alınmalıdır. İqtisadi İnkişaf Nazirliyi artıq bu istiqamətdə çalışır", - Əliyev bildirib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi də bu məsələ ilə bağlı tədbirlər görür.

"Hər bazar günü kənd təsərrüfatı mallarının yarmarkasını keçiririk. Həmin yarmarkalarda qiymətlər bazarlarda olduğundan 20-25 faiz ucuzdur. Orada fermerlər öz məhsullarını sata bilirlər", - Əliyev bildirib.






5 Sentyabr, 2011  18:16 Baxılıb: 1453 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner