Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Səyavuş Aslanın 76 yaşı oldu

Görkəmli aktyor 100-dən artıq televiziya tamaşalarında obrazlar yaradıb

Bu gün Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən olan Səyavuş Aslanın doğum günü qeyd edilir.

SalamNews xəbər verir ki, 1935-ci ildə Bakıda doğulabn Səyavuş Aslanov həvəskar kimi aktyorluğa dram dərnəyindən başlayıb. 1954-cü ildə bir müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından olub. Həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı kimi yadda qalıb. Bayram («Kəndimizin mahnısı»,K.Kərimov), İbişov («Özümüz bilərik», Ş. Qurbanov), Fürzuzbala («Altı qızın biri Pəri», M. Əlizadə), Şubay («Ulduz»),Dadaşbala («Hicran», S. Rəhman), Qəmzəli («Qaçırılmış qız», C. Məmmədov), Misir Nəsir («Lənət sənə, kor şeytan», F. Aşurov) Orduxan bəy («Əlli yaşında cavan», Z. Hacıbəyov) kimi obrazları səhnə mədəniyyətimizin qızıl fondu sayılır.

Sənətkar 1984-cü ildən işlədiyi Akademik Milli Dram Teatrında 20-yə yaxın tamaşada əsas rolları ifa edib. Televiziya tamaşalarında yaratdığı obrazların sayı 100-dən çoxdur.

Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Hazırda Prezident təqaüdçüsüdür.

Çoxminli teatr və komediya filmləri həvəskarı hazırda səhhəti ilə bağlı yaradıcılıqdan müvəqqəti ayrı düşən istedadlı aktyoru yenidən iş başında görməyi arzulayır.






5 Sentyabr, 2011  14:19 Baxılıb: 1135 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner