Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Pensiya yaşına çatan müəllimlər hansı şərtlərlə işləyə bilər

Təhsil Nazirliyi şərtləri açıqladı

“65 yaşlı müəllimlərin işdən çıxarılması məktəblərin işidir. Hər bir məktəb artıq bilir ki, 65 yaşlı neçə müəllimi var. Müəllimlər artıq məzuniyyətdən qayıdıblar və onların qanunvericiliyə uyğun şəkildə işdən azad edilməsinə başlanılıb”.

APA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsini müdiri Fərzəli Qədirov bildirib.

O, işdən azad edilən müəllimlərin pensiya təminatının necə olacağına da aydınlıq gətirib: “Hələlik həmin müəllimlər mövcud qanunvericiliyə uyğun pensiya alacaqlar. Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı sənəd layihə şəklindədir, hələlik təsdiq edilməyib. Biz də gözləyirik ki, həmin sənəd təsdiq edilsin, bundan sora müəllimlərin təminatında müəyyən yeniliklər olacaq”.

F. Qədirov deyib ki, bütün təhsil müəssisələrinə Təhsil Nazirliyinin əmri və digər reqlamentləşdirici sənədlər göndərilib: “Belə meyarlar müəyyənləşdirilib ki, işlədiyi yerdə həmin müəllimi əvəz etmək mümkün deyilsə, kifayət qədər dərs saatı varsa, o, fənn üzrə yalnız bir ixtisas müəllimidirsə, səhhəti də işləməyə imkan verirsə, onunla növbəti 1 il üçün də müqavilə bağlana bilər. Belə tapşırıq da verilib ki, ümumiyyətlə, 65 yaşlı müəllimlərin işdə azad edilməsi ilə bağlı təhlillər aparılsın. Əgər haradasa ixtisas üzrə fənn müəllimi yoxdursa, ora yeni müəllimlər işə qəbul edilsin. Məktəblər bizə bu barədə məlumat verəcək. Biz bununla bağlı ya müsabiqə keçirəcək, ya da həmin yerləri ehtiyat kadrlara təklif edəcəyik. Hesab edirəm ki, ciddi problem yaranmayacaq. Şəhərlərdə müəllim sıxlığı olduğundan bu problem olmayacaq. Yaşlı müəllimlərin fənləri digər fənn müəllimlər arasında bölünəcək. Ucqar kənd məktəbləri ilə bağlı isə problem yarana bilər”.






3 Sentyabr, 2011  16:30 Baxılıb: 1482 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner