Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

TEYMUR ƏMRAH ONA EV HƏDİYYƏ EDƏNƏ QARĞIŞ YAĞDIRDI

 “Bu "xeyriyyəçi" özünü qabağa salıb, mənə ev "hədiyyə" etməsəydi, bəlkə də dövlətim mənə çoxdan ev vermişdi”

Hər zaman evsizlikdən şikayətlənən və mənzil sarıdan heç vaxt bəxti gətirməyən müğənni-pedaqoq Teymur Əmrah hələ də tələbələri ilə birgə yaşayır.

Müğənni anspress.com saytına müsahibəsində bildirib ki, oktyabrda 40 yaşı olacaq və subay qalmaq istəmir: “Əlbəttə evlənmək istəyirəm. Hər kəsin gərək öz ocağı olsun. Mən də istəyirəm özümün evim olsun. Evim olandan sonra evlənmək barədə düşünəcəm”.

“Axı bir neçə il öncə sizə ev hədiyyə etmişdilər” sualına cavab olaraq T.Əmrah bildirib ki, o, evin tikilib başa çatmasını iki il gözləyib: “Mənə hədiyyə edilən mənzil hazır olandan sonra binanı tikən şirkətin sahibi dedi ki, “Bağışlayın, Teymur müəllim, bu mənzil sizin deyil." Soruşdum, "axı niyə?" Dedi ki, bu mənzili mənə hədiyyə edən adam bankın pulunu ödəmədiyindən onunla bağlanan müqavilə pozulub. O adam bu barədə mənə heç nə deməmişdi. Mən də arxayıncasına oturub, evin tikilib başa çatmasını gözləmişəm. Zəng vurdum o şəxsə ki, bu nə məsələdir. Cavab verdi ki, “müflis olmuşam, işlərim pis gedir.” Vəssalam, bununla da məsələ bağlandı”.

T.Əmrah ev hədiyyə etmiş şəxsin adını açıqlamasa da, ona qarğış yağdırıb: “Lazım deyil. Qoy, Allah onun cəzasını versin.


Müğənni əlavə edib ki, ancaq dövlətindən, prezidentindən ev istəyir: “Mən o vaxtı da dövlətimə müraciət etmişdim. Bu "xeyriyyəçi" özünü qabağa salıb, mənə ev "hədiyyə" etməsəydi, bəlkə də dövlətim mənə çoxdan ev vermişdi”.






2 Sentyabr, 2011  19:43 Baxılıb: 1597 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner