Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ərdoğanın erməni uşaqlarına sevgisi

Türkiyədə qanunsuz yaşayan ermənilərə rahat şərait yaradılır

Türkiyədə qeyri-rəsmi yaşayan Ermənistan vətəndaşlarının uşaqları artıq bu ölkədə ibtidai və orta təhsil alacaqlar. Simsar.az-ın “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, baş nazirin Rəcəb Tayyib Ərdoğanın tövsiyəsi ilə təhsil naziri Ömer Dinçer Ermənistandan gələn ailələrin uşaqlarının 2011/2012-ci tədris ilində Türkiyədə erməni azlığına aid olan məktəblərdə təhsil almasına icazə verib. 

Türkiyə Erməniləri Kilsəsinin nümayəndəsi, baş yepiskop Aram Ateşyan deyib ki, bu, Türkiyədə milli azlıqlara məxsus dərnəklərin ərazilərinin həmin dərnəklərə verilməsi ilə bağlı qərardan sonra ikinci sevindirici xəbərdir: “2 ildir ki, ermənistanlı ailələrin uşaqlarını Türkiyədə erməni azlığına məxsus olan məktəblərdə oxumalarına icazə verilməsi uğrunda mübarizə apardım. Baş nazir Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün rəsmilər mənə ümid verdilər. Bu məsələnin həllində Rəcəb Tayyib Ərdoğanın rolu çox böyükdür. Ermənistandan gələn və Türkiyədə qeyri-rəsmi yaşayan ailələrdə 1000-dən çox uşaq məktəbə getməlidir. Bu uşaqlar bizə məxsus olan 10-a qədər məktəbdə təhsil alacaqlar.”






2 Sentyabr, 2011  16:28 Baxılıb: 873 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner