Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PREZİDENT 160 NÖMRƏLİ MƏKTƏBDƏ OLUB

İlham Əliyev 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakının Səbail rayonundakı 160 nömrəli məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub.

2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin binalarında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

Prezident İlham Əliyevə 160 nömrəli məktəbin binasında görülən işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, binanın iki mərtəbəsi 1908-ci ildə istifadəyə verilib, şagird sıxlığı nəzərə alınaraq üçüncü və dördüncü mərtəbəsi 1960-cı ildə inşa olunub.

Məktəb binasında əsaslı təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilir. Min şagird yeri olan məktəbdə 2300 şagird təhsil alır. Dərslər iki növbədə tədris olunur. Dördmərtəbəli binanın ümumi sahəsi 4927 kvadratmetrdir. Məktəb binasının fasadı tam yenidən qurularaq bərpa edilib.

Əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi.






2 Sentyabr, 2011  14:32 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner