Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

"Yaxşı Cazibə"nin kollektivi bakıdan razılıq etdi

Məşhur serialın aktyorları mətbuat konfransı keçirdi

Yaradıcı heyət sentyabrın 1-də media nümayəndələri ilə görüş keçirib. Lent.az-ın məlumatına görə, mətbuat konfransında “Eurovision-2011” qalibimiz Nigar Camal və aktrisa Məlahət Abbasova da iştirak edib.

Aktyorlar Bakının səliqəli, təmiz şəhər olmasından ağızdolusu danışıblar. Aslıhan Gürbüz özünü Azərbaycanda deyil, sanki Türkiyədə hiss etdiyini xüsusi vurğulayıb.

“Simgə” xarakterinin obrazı Hande Katiboğlu isə həyatda oxşar xüsusiyyətlərə malik olmadığını deyib.

“Yaxşı Cazibə”nin “Kamal” obrazı – Hakan Yılmaz yumoru və hazırcavablığı ilə yerli medianın rəğbətini qazanıb.

Məlahət Abbasova serial və onun ətrafında gəzən tənqidlərə aydınlıq gətirib: “Aslıhanın Azərbaycan dilində yaxşı danışa bilməməsi tənqidlərə səbəb oldu. Lakin Bakıda Azərbaycan dilini bilməyən, lakin rusca danışan ailələr də çoxdur”.

Tədbirdə iştirak edən Nigar Camal öz istəyi ilə bu seriala çəkildiyini deyib: “Mən bu seriala İngiltərədə olanda baxırdım. Məlahət Abbasovanın proqramında qonaq olanda bu arzumu dedim”.

Aktyorlar Azərbaycanda serial çəkilişində əməyi olan bütün qurumlara, yerli mətbuat nümayəndələrinə və Məlahət Abbasovaya təşəkkür ediblər.






2 Sentyabr, 2011  13:32 Baxılıb: 1126 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner