Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanda çay istehsalı ildən-ilə azalır

Əsas səbəb yerli şirkətlərin xarici çaylara üstünlük vermələridir

Azərbaycanda məhsul yığımı mövsümünün başladığı vaxtdan 338,1 ton yaşıl çay yarpağı yığılıb ki, bu da ötən ilin analoji dövründə toplanan məhsuldan 23,1 ton azdır. Bu barədə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib. Hazırda Azərbaycan çaya olan tələbatının 95 faizdən çoxunu xarici məhsul hesabına ödəyir. Vaxtilə Azərbaycanda çay plantasiyalarının sahəsi 13 min hektara çatırdısa, indi bu rəqəm 1000 hektara düşüb. Nəticədə yerli məhsul ölkənin daxili tələbatının yalnız 4-5 faizini ödəyə bilir. Yerli istehsal isə ilbəil azalmağa doğru gedir.


Ekspertlər hesab edir ki, çayçılığı dirçəltmək üçün bu sahəyə uzunmüddətli kreditlər verilməlidir. Çay uzunömürlü bitki olduğuna görə, onun gəlir gətirməsinə də çox vaxt tələb edilir. Çay bitkisi əkildikdən 7-8 il sonra məhsul verir. 8-9 ildən sonra əldə edəcəyi çayı satıb, çayçı sahibkarın krediti ödəyəcəyi vədi banklar tərəfindən ciddi qarşılanmır. Təkcə Lənkəranda bərpası mümkün olan 1000 hektara yaxın çay plantasiyaları mövcuddur.
Bəyənmədiyimiz sovet dönəmində çayçılıq kənd təsərrüfatının əsas qollarından biri idi. 300 milyon əhalisi olan SSRİ-nin çaya tələbatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilirdi. Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik var idi. Eyni zamanda, Bakıda və Lənkəranda çayı qablaşdıran iki nəhəng fabrik fəaliyyət göstərir, bu müəssisələrdə minlərlə işçi çalışırdı. Bunlar artıq keçmiş zamanlarda qalıb.
Çayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini, demək olar ki, itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 15 dəfəyədək azalıb. Vaxtilə 25-30 milyon nəfəri təmin edən Azərbaycan çayı indi cəmi 500 min nəfərə belə çatmır.

Azərbaycanda çayçılıqla məşğul olan şirkətlər isə əsas diqqəti xaricdən kimyəvi maddələrlə zəngin çay idxalına üstünlük verdiyindən, yerli isehsal zəifləyib.

Simsar.az






1 Sentyabr, 2011  19:01 Baxılıb: 2717 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner