Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hicablı tələbələrin üzünə universitet qapıları açıldı

Təhsilləri yarımçıq qalan universitet tələbələri bu il ilk dəfə təhsillərinə davam etdirəcəklər

Türkiyədə hicablı tələbələrin üzünə bağlanan universitetlərin qapıları 14 il sonra “rəsmi olaraq” açılıb. Bir çox tələbə təhsillərini davam etdirəcək.

Simsar.az-ın “Yeni Şəfəq”ə istinadən verdiyi xəbərə görə hicab geyindiyi üçün məktəblərdən cıxardılan və təhsilləri yarımçıq qalan universitet tələbələri bu il ilk dəfə təhsillərinə davam etdirəcəklər.

Məktəblərdən uzaqlaşdırılan şagirdlər də bu il yarımçıq qalan təhsillərini tamamlamaq üçün yenidən qeydiyyatdan keçəcək. İyulun 25-dək müraciət edən tələbələr 2011-2012 akademik təqvimində məktəblərində qeydiyyatdan keçəcəklər. Son olaraq 1998-ci ildə qovulan tələbələr heç bir şərt olmadan təhsillərini davam etdirəcəklər.

Konstitusiyada qeyd olunmamasına baxmayaraq, neçə ildir özbaşına tətbiq olunan hicab qadağası indi tamamilə aradan qaldırılıb. Bu ilə qədər universitetdaxili imtahan üçün tələbələrin çəkdirdiyi fotoşəkillərdə "saçların açıq olması" şərtini qoyan Türkiyə Yüksek Öğretim Kurulu (YÖK) bu ildən daxili sənədlərdə və universitet imtahanlarında başörtüsünə icazə verib.






1 Sentyabr, 2011  18:04 Baxılıb: 925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner