Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ-dan İRANDAKI AZƏRBAYCANLILARA ÇAĞIRIŞ

"Urmiya gölünü qurumağa qoymayın"

Onlar İranın Qərbi Azərbaycan bölgəsində yerləşən Urmiya gölünü qorumağa çağırırlar. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ABŞ azərbaycanlıları Urmiya gölünün qurumasını beynəlxalq fəlakət adlandırır və xatırladırlar ki, Urmiya dünyanın üçüncü ən böyük duzlu gölü, Yaxın Şərqin ən böyük gölü və dünyanın təbii möcüzələrindən biridir.

UNESCO Urmiya gölünü biosfer qoruğu kimi qeydə alıb. İran hökuməti 1975-ci il iyunun 23-də gölü 1971-ci il Ramsar Konvensiyasına əsasən beynəlxalq əhəmiyyətli rütubətli ərazilər siyahısına daxil edib.

Diaspor qeyd edir ki, “ətraf mühitə təsiri nəzərə alınmadan həyata keçirilən ehtiyatsız və məsuliyyətsiz irriqasiya və infrastruktur layihələri (körpülər, hidro-elektrik stansiyalar, bəndlər) nəticəsində Urmiya gölünün ərazisi 70 faiz və dərinliyi isə yeddi metr azalıb. Ramsar Konvensiyası qəbul olunan zaman gölün ərazisi 483 000 hektar olub. Gölün ərazisinin kiçilməsi “Google Maps”də də aydın görünür. Gölün duzla örtülmüş qurumuş hissəsi onun əvvəlki ölçüsünü və əzəmətini xatırladır”.

Azərbaycan diasporu ekspertlərin fikrinə əsaslanaraq bildirir ki, “əgər göl tamamilə qurusa, atmosferə on tondan çox duz atılacaq ki, bu da təkcə İranın Azərbaycan şəhərlərində deyil, Tehranda və hətta Türkiyə, Azərbaycan və Ermənistan kimi qonşu dövlətlərdə də ekoloji fəlakətlə nəticələnə bilər. Bu fəlakət milyonlarla insanın qaçqına çevrilməsinə səbəb ola bilər və qonşu dövlətlər üçün əlavə problemlər yaradar”.

“USAN ABŞ hökumətindən və Konqresdən xahiş edir ki, BMT-dəki və beynəlxalq agentliklərdəki nüfuzundan istifadə edərək İran hökumətinə Urmiya gölünün qorunması məqsədilə təcili tədbirlər görmək üçün təzyiq göstərsin. USAN eyni çağırışla ətraf mühitin mühafizəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarına da müraciət edib”.






1 Sentyabr, 2011  17:01 Baxılıb: 1059 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner