Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Amerikalıya saxta “iPad” satıblar

ABŞ-ın 22 yaşlı vətəndaşı dələduzların qurbanı olub. Belə ki, qıza həqiqi “iPad” əvəzinə saxta “iPad” satıblar.

Bu barədə “Spartanburq” dairəsi şerifinin ofisi tərəfindən elan edilmiş raportda bildirilib.

Raportda bildirilib ki, zərərçəkmiş Eşli Makdauellə “McDonalds” qəlyanaltısı yaxınlığındakı avtodayanacaqda 2 "qaradərili kişi" yaxınlaşıb.

Eşli onların birində qızıl dişin olduğunu yadında saxlayıb. Dələduzların əllərində “iPad” olub. Onlar “Apple” planşetlərini 300 dollara satdıqlarını deyiblər və Eşliyə onlardan birini almağı təklif ediblər.

Qız onda yalnız 180 dollar olduğunu bildirib, lakin satıcılar bu pul üçün planşeti verməyə razılaşıblar və ona bağlanmış qutunu veriblər.

Bundan sonra Eşli Makdauell evə gedib. Qutunu açanda isə o, həqiqi “iPad” əvəzinə onun taxta surətini görüb.

Bundan sonra o, dərhal polisə müraciət edib. Hal-hazırda bu hadisənin araşdırılması aparılır. Dələduzların həbsi barəsində hələlik xəbər yoxdur.






1 Sentyabr, 2011  14:47 Baxılıb: 1066 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner