Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

İsgəndər Büyük Bakıya gəlir

Onunla birgə Muro və Bulud da olacaq

"Kurdlar Vadisi"nin İsgəndər Büyük Azərbaycana gələcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan və Türkiyə kinematoqrafçıları avqustun 27-dən yeni serialın çəkilişlərinə başlayır. Bir çox məşhur Azərbaycan və Türkiyə aktyorunun rol alacağı serial “Qaranlıqlar çiçəyi” adlanır.

Serialın əsas mövzusu eşq və intiqamdır. Uşaqkən atasının xaincəsinə öldürülməsinə şahidlik edən Lalə adlı qızcığaz böyüyəndə hüquqşünas sənətinə yiyələnib intiqam almaq fikrindədir. Lakin zaman öz işini görür və Lalə atasının qatili sandığı adama getdikcə aşiq olmağa başlayır. Daha sonra isə bəlli olur ki, qatil heç də onun sandığı adam deyilmiş. Həm Lalə, həm də qatil hesab edilən Samir böyük bir oyunun içində olduqlarını fərq etmirlər. Melodrama janrında çəkiləcək serial 39 hissədən ibarət olmaqla bu il sentyabrın 25-dən (və ya oktyabrın 5-dən) başlayaraq, İTV-nin axşam proqramlarında yayımlanacaq.

Filmin rejissoru Türkiyənin Kanal D televiziyasında yayımlanan “Aşk Yakar” serialının da rejissoru olan Mehmet Ulukan, operatoru isə “Kurtlar Vadisi”nin operatoru Bülent Özekdir.

Onu da qeyd edək ki, filmdə Azərbaycan tərəfdən Rasim Balayev, Səfurə Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vüqar Əlinin rol alması planlaşdırılır. Türkiyə tərəfdən isə “Kurtlar Vadisi Pusu”nun məşhur Büyük İsgəndər rolunun ifaçısı Mustafa Uzunlarla birlikdə Osman Albayrak, Mustafa Üstündağ (“Kurtlar Vadisi Pusu”da Muro), Bülent Şakrak, Begüm Kütük, Hüseyn Avni Danyal (“Kurtlar Vadisi Pusu”da Bulut), Ebru Özkan, Güler Ökten kimi tanınmış aktyorlar yer alacaq.






27 Avqust, 2011  17:17 Baxılıb: 1455 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner